Monthly Archives Aprel 2018

Əziz oxucu, biz düşünürük ki, insanlar yalnız etmədikləri, atmadıqları addımlara görə peşiman olurlar. Etməyib peşmançılıq çəkməkdənsə, edib peşman olmaq daha yaxşıdır. Məhz bu məntiqlə biznes adamları inkişaf edə bilər. Etmək, hər zaman düşünməyin önündə olun. Bilirsiniz niyə?

Hər keçən gün dürdüncü sənaye inqilabı, biznesə öz təsirini daha çox hiss etdirir. Əgər diqqət etsəniz, dünyanın böyük şirkət reytinqlərini dərc eetdirdiyi Forbes və Fortuna siyahısında hər il yeni adlar meydana çıxır və siyahı böyük sürətlə dəyişir. İstehlakçı beyinlərində, davranışlarında baş verən dəyişikliklər bir-başa olaraq özünü biznesdə göstərir. Biz bu blogda yeni trend kimi gördüyümüz bir məsələ, vasitəçıların rolunun azalması barədə fikirlərimizi paylaşmaq istəyirik. Buyurun.

Biz hər dəfə bloglarımızda Sizlərə deyirik ki, biznesdə şablon-trafaret olmur. Standart deyil bu işlər. Amma bəzi nöqtələr var ki, onlar butün bizneslər üçün keçərlidir. Adətən belə nöqtələr maliyyə – informasiya texnologiyalarına aid olur. Bu blogda istəyirəm Sizinlə biznesin çalışdığı sahədən asılı olmayaraq hər sahə üçün keçərli olan bir tendensiya barədə fikirlərimi paylaşım.

Günlərin bir günü, toyuq biznes ideya hazırlayır və özünə şərik olaraq camışla görüşür. Deyir camış… super ideyam var və əgər biz bu işi qursaq pula – pul deməyəcəyik (nə deyəcəklərinin məndə bilmirəm). Camış razılaşır və… vəsi video blogumuzda.

Bu sual dünyanın dörd bir yanında, bizneslə məşğul olan hamını düşündürür. Hətta çox zaman deyirlər ki, biznes düzgün adamları, düzgün addımlara həvəsləndirərmə sənətidir. Bəs Siz necə düşünürsüz, yaxşı işçini hardan tapmaq olar? Video blogda sözü gedən suala cavab verməyə çalışmışıq. Buyurun.

Biznes adamları digər peşə sahibləri ilə müqayisədə daha çox işləsədə, son dərəcə sadə və rahat ünsiyyətə girən olurlar. Ən azı, mənim qarşıma çıxanlar belə olub. Hesab edirəm ki, biznes ən çətin insan fəaliyyətidir və yalnız intelektual və aktiv insanlar bu çətinliyi altından qalxa bilərlər. Video blogumuzda biznesdə sadəliyin rolu barədə fikirlərimizi paylaşırıq.

Daha əvvəl  bloglarımızda Sizə demişdik ki, hərb elmi biznesə çox bənzəyir və ümumilikdə bu sahədə istifadə edilən metodlar biznesdədə eyni dərəcədə keçərlidir. Biz hesab edirik ki, biznesi öyrənmək üçün iki əsas fəaliyyətdən ilhamlanmaq olar: hərb elmi və şahmat. Hər iki sahə eyni dərəcədə düşünməyi, planlar qurmağı və bu planları düzgün icra etmək üçün yolları özündə əks etdirir. İstər güclü biznes adamı, istər güclü şahmatçı və ya sərgərdə eyni üsullara qələbəyə gedə bilir. Video blogda tarixin ən böyük sərkərdələrindən olan Teymurləng barədə fikirlərimizi Sizinlə bölüşmək istəyirik. Buyurun.

Close