Biznes sadəliyi sevir

Biznes adamları digər peşə sahibləri ilə müqayisədə daha çox işləsədə, son dərəcə sadə və rahat ünsiyyətə girən olurlar. Ən azı, mənim qarşıma çıxanlar belə olub. Hesab edirəm ki, biznes ən çətin insan fəaliyyətidir və yalnız intelektual və aktiv insanlar bu çətinliyi altından qalxa bilərlər. Video blogumuzda biznesdə sadəliyin rolu barədə fikirlərimizi paylaşırıq.

İlk əvvəl deyim ki, gəliz danışan insanları əzəl-qədimdən sevmirəm. Sadə dildə danışmaq xoşbəxtçilikdən əlavə, mövzu haqda biliklərin daha dərin olmasının bariz nümunəsidir. Biznes məhz belə insanları sevir. Video blogumuzda eyni mövzu ilə bağlə misallar çəkmişik. Məncə maraqlı alınıb, buyurun, baxın.

Biz öz işlərimizdə maksimum sadəliyin üzərində dayanırıq. Məsələn, Azərbaycanda ən çox oxunan biznes kitabı olan – 360 dərəcədə brendinq məhz sadə və hamı üçün aydın dildə yazılıb. Biz terminlərdən istifadə etməyi sevmirik, bizdə hər şey konkretdir. Nə qədər sadə olsaq, öz fikirlərimizi Sizlərə daha tez çatdırmış oluruq. Bizim bloglarda belədir, bizim biznesdə belədir…

ƏLAVƏ OXUMAQ ÜÇÜN: