image_pdfimage_print

Biz hər dəfə bloglarımızda Sizlərə deyirik ki, biznesdə şablon-trafaret olmur. Standart deyil bu işlər. Amma bəzi nöqtələr var ki, onlar butün bizneslər üçün keçərlidir. Adətən belə nöqtələr maliyyə – informasiya texnologiyalarına aid olur. Bu blogda istəyirəm Sizinlə biznesin çalışdığı sahədən asılı olmayaraq hər sahə üçün keçərli olan bir tendensiya barədə fikirlərimi paylaşım.

Bilirsiniz, sənətkarlar – sahibkarın fərqi nədir? Sənətkar özü edir, sahibkar düşüncəsini reallaşdırır. Çox sadə, əgər Siz hər şeyi özünüz edirsinizsə, ola bilər ki, hesabatçılıq, maliyyə təhlilləri vacib deyil… amma əgər, söhbət artıq kimisə işlətməkdən gedirsə ( bu artıq biznesdir), deməli hesabatçılıq mütləqdir. Əgər əvvəllər hesabatçılıq sistemi yazı-pozu ilə olurdusa, indi hər şey kompyuterdədir.

Video blogda deyildiyi kimi, sistem sahibkarı bir çox böyük problemlərdən xilas edir, 21-ci əsrdə sahibkarın “cangüdəni” rolundadır. Əgər Siz biznesdə daha böyümək və biznes-proseslərinizi optimallaşdırmaq istəyirsinizsə mütləq yüksək səviyyəli informasiya təminatı, hesabatçılıq sisteminiz olmalıdır. Bu o demək deyil aaa, satış hədəflərini hesabatçılığa qurban verməlisiniz, bu o deməkdir, biznes stabil və sistemli olmalıdır.

Video bloga baxın, sual və kommentlərinizi cavablandırmağa hazıram.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close