Etmək, oturmaqdan yaxşıdır

Əziz oxucu, biz düşünürük ki, insanlar yalnız etmədikləri, atmadıqları addımlara görə peşiman olurlar. Etməyib peşmançılıq çəkməkdənsə, edib peşman olmaq daha yaxşıdır. Məhz bu məntiqlə biznes adamları inkişaf edə bilər. Etmək, hər zaman düşünməyin önündə olun. Bilirsiniz niyə?

Niyələr haqda biz video blogda ətraflı danışmağa çalışmışıq. Ümumi olaraq isə deyə bilərəm ki, müasir dövrdə xarici mühitin dəyişmə sürəti o qədər yüksəkdir ki, biz düşünənə qədər, düşündüyümüz mövzu öz aktuallığını itirir. İstər internet, istərsədə cəmiyyətdə gedən proseslər vaxtında və tez məfhumunun dəyərini artırır. Əsasənda biznesdə.

Orta statistik fikirlə, düşüncəni, tez cəsatərli icra keyfiyyəti ilə mükəmməl məhsula çevirmək mümkündür. Məhz buna görə biz hesab edirik ki, etmək düşünməkdən daha önəmlidir.

Əziz oxucu, bu heçdə o demək deyil ki, biz hər düşündüyümüzü etməliyik. Yox, əlbəttə yox. Təcrübə, ətrafda olan insanları dinləmək – müşahidə etmək hər zaman vacib insan keyfiyyətidir. Komment və fikirlərinizi YouTube kanalımızda qoya bilərsiniz.

ƏTRAFLI OXUMAQ ÜÇÜN: