Tütək səsi...

Əziz oxucu, həyatımızda mövcud olan, bizə həzz verən və ya bizi daha yaxşı edən hər şeyin bir bədəli vardır. Başqa sözlə desək, gördüyümüz işlərdə, qazandıqlarımızda itirdiklərimizdə olur. Heç bir uğur itkisiz olmur və biz bilməliyik ki, itirdiklərimiz qazandıqlarımızda çox deyil ki?! Məhz sözü gedən sual barədə video blog hazırlamışıq. Buyurun.

Hər birimizin həyatında özümüzə görə tutəklər var və biz bu tütəkləri çalmaq istəsək, əslində itkilərimiz daha çox ola bilər. Hər bir müsbət şeyin, bir bədəli var və elə etməliyik ki, gördüyümüz işlər digər tərəfdən bizə ziyan olmasın.

Xoşbəxt olmaqla uğur qazanmaq arasında əslındə çox incə bir əlaqə var. Ümumiyyətlə uğur pilləkənləri qalxdığımız zaman bu bizi xoşbəxt edəcəkmi suallına düzgün cavab verməliyik. Videoda əslində mövzu barədə ətraflı danışdığım üçün, çox yazmayıb hər birinizi videoya baxmağa dəvət edirəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: