Mağaza yeri necə seçilir?

Pərakəndə ticarət yer seçimi son dərəcə əhəmiyyətlidir. Əminəm ki, bunu Siz bilirsiniz və bizim bloglardada biz bu haqda dəfələrlə söhbət etmişik. Bu videoda biz, yer seçimi zaman diqqət ediləcək ən vacib məsələ – seqmentasiya barədə söhbət edəcəyik. Daha doğrusu biz deyəcək ki, yer seçimində əsas amil, təklif ediləcək məhsulun (xidmətin) səviyyəsinə uyğunluq çox vacibdir.

Qeyd etməliyəm şəxsi təcrübəmdə, ən çox etdiyim şeylərdən biri satış nöqtəsi üçün yer seçimidir. Hər sahədə olduğu kimi, burdada təcrübəli olmaq çox böyük avantajdır. Buraxdığın səhvlər böyük və bahalı təcrübədir. Niyə bahalı!? Çünki yer seçimində buraxılan səhv bizi uçuruma apara bilər.

Videonun əsas tezisi – Zər qədrini, zərgərin bilməsidir. Biz hesab edirik ki, yaxşı yer, təklif edilən məhsula uyğun yerdir. Fikirlərinizi YouTube kanalımızda kommnet formasında təqdim etməyə unutmayın!

ƏLAVƏ OXUMAQ ÜÇÜN: