Təhsil barədə

Əziz oxucu, bugünlərdə Azərbaycan Dövlət İqtisad Universiteti üçün imtahan biletləri hazırlayırdım. Bilirsiniz, bu Ali məktəbdə mən, mühazirələr oxuyuram – Marketinq Strateqiyasından. Bir şeyə diqqət etdim… diqqət etdim ki, mənim artıq 4 il ərzində dediyim eyni fənn olsada, hər il yeni mühazirə hazırlamağa məcburam. Bilirsiniz niyə?!

… çox sadə, ona görə, hər il, biznesdə – marketinqdə o qədər amillər dəyişir ki, artıq keçən ilki keyslər, bugün səhv olur. İnanın… inanın ki, bu mühazirələri hazırlamaq mənim üçün çox çətindir. Vaxtım, enerjim qedir, amma əksi ola bilməz. Bu o deməkdir ki, müasir daimi bir prosesdir və əgər Siz hər il, öz biliklərinizi artırmasız, onların əhəmiyyəti azalacaq. Bunu hamı bilir, bilməlidir.

Müasir təhsil metafora ilə desək, kredit kartına bənzəyir… onun bir vaxtı var və bu kartı vaxtında dəyişməsən, içində olan bilik (pul) istifadəyə yararsız olacaq. Hesab edirəm ki, hər birimiz öz ixtisasımız üzrə daim yeniliklərə açıq olmalıyıq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: