Blog & Reallıqlar

Əziz oxucu, bizim blogumuz son vaxtlar Sizdə hiss etdiyiniz kimi, gec-gec yenilənir. Bu əlbəttə, bəzi səbəblərdən baş verir. İstəyirəm bu yazıda Sizinlə bu şeyləri bölüşüm…

İlk əvvəl deyim ki, bizim blog artıq 7-ci ildir ki, fəaliyyət göstərir və bu blog mənim üçün platforma rolunu oynayır. Məhz bu blog vasitəsi ilə, biz səninlə tanış olmuşuq, biz fikirlərimizi – düşüncələrimizi bir-birimizlə bölüşmüşük və s. Cəmiyyət inkişaf edir və mən hesab edirəm ki, bugün informasiyanın qəbul edilmə prosesi oxumaqdan – baxmağa doğru hərəkət edir. Baxmaq dedikdə biz, həmdə dinləməyi nəzərdə tuturuq. Hec təsadüfi deyil ki, məhz buna görə biz son 1 ildə, öz blog fəaliyyətimizə video kontentə doğru hərəkət etdiririk.

Əziz oxucu, mən özümü Sizin yerinizə qoyuram… mən son vaxtlar kitab oxumağa çox az vaxt sərf edirəm, informasiyanın qəbul edilmə kanalı kimi, YouTube-da videolardan istifadə edirəm. Bu həm mənim vaxtımı almır, həmdə YouTube (yəni video) vasitəsi ilə mən daha çox informasiyaya çıxıram. Ən azı mənə elə gəlir. Təbii ki, sənində vaxtının itirilməsinə necə deyərlər, “qıymıram”. İstəmirəm, istəmərəm sənində vaxtın getsin buna görə də sənə deyəcəklərimi videolarla deyirəm. Əgər bizim videolara baxırsansa bu məni çox sevindirir. Buradan kanalımızla tanış ola bilərsən…

Mən səhərlə idman etdiyim zaman, YouTube məni maraqlandıran mövzulara baxıram və hesab edirəm ki, bu prosesdən faydalanıram. Məni düşündürən, maraqlandığım mövzular barədə yeniliklərdən xəbərdar oluram.

Dünya dəyişir. İnformasiyanın qəbul edilmə prosesi dəyişir və mən hesab edirəm ki, məndə, bizim (sənin və mənim blogumda dəyişməlidir. Biz video kontent istiqamətində gedirik ki və fikirlərimizi Sizlərə videolarla deyəcəyik.

Məni izlədiyin üçün sağ ol!

ƏLAVƏ OXUMAQ ÜÇÜN: