Monthly Archives İyul 2018

Bizdə marketinqi başa düşmürlər… hə, bizdə sahibkar qoyasan pulu saxlasın, amma xaricdəəəəə, bu söhbətləri eşitməkdən, dinləməkdən yorulmuşam. İlk əvvəl deyim ki, aforizm superdir, “Marketinq o qədər vacib işdir ki, onu, marketoloqlara tapşırmaq olmaz”. Mən hesab edirəm ki, ən güclü marketoloq elə sahibkarın özüdür. Marketoloq müasir dövrdə istehlakçı dəyər zəncirini başa düşməlidir, o konkret bilməlidir ki, niyə görə, müştəri öz pulunu bizə verir və ya biz necə pul qazanırıq. Bax bu suallı başa düşən marketoloq məncə, sahibkarla eyni düşünəcək. Fikirlərimizi video blogda açıqlamışıq. Buyurun.

Əziz oxucu, əminəm ki, çoxlarınız istər sosial şəbəkələrdən, istərsədən dost-tanışdan belə sözlər eşidirsiniz… “Əşi, bizdə biznes qurmaq çox çətindir, Amerika, Almaniya heyf deyil… və s.” Sözümüzün axırını yenə əvvəldə demək istəyirəm: “Azərbaycanda biznes qura bilməyən adam, inkişaf etmiş bazarda biznesi dünəndən qura bilməz” Bizim bazar boşdur, bizim bazarda böyük biznes imkanları var. “Böyük” dediyim zaman, mən miqyas olaraq demirəm, şans olaraq deyirəm. Niyə belə düşünürük? Ətraflı video-blogumuzdan baxa bilərsiniz.

Əslində bu sual norma statistik istənilən kişini maraqlandırır. Bizim blogumuz çərçivəsində isə, biz sözü gedən məsələyə başqa prizmadan baxmaq istəyirik… daha sadə, Sizin üçün avtomobil nədir? Əziz oxucu, ilk baxışdan sadə görünən bu suallın altında bizim. Azərbayancanda yaşayan türklərin bir çox sosial problemlərimiz yatır. Əminəm ki, video baxdıqdan sonra bu suallı Sizidə düşündürəcək.

Close