Niyə marketoloq yerli sahibkarı bəyənmir?

Bizdə marketinqi başa düşmürlər… hə, bizdə sahibkar qoyasan pulu saxlasın, amma xaricdəəəəə, bu söhbətləri eşitməkdən, dinləməkdən yorulmuşam. İlk əvvəl deyim ki, aforizm superdir, “Marketinq o qədər vacib işdir ki, onu, marketoloqlara tapşırmaq olmaz”. Mən hesab edirəm ki, ən güclü marketoloq elə sahibkarın özüdür. Marketoloq müasir dövrdə istehlakçı dəyər zəncirini başa düşməlidir, o konkret bilməlidir ki, niyə görə, müştəri öz pulunu bizə verir və ya biz necə pul qazanırıq. Bax bu suallı başa düşən marketoloq məncə, sahibkarla eyni düşünəcək. Fikirlərimizi video blogda açıqlamışıq. Buyurun.

Marketoloq başa düşməlidir ki, sahibkar heç bir şəkildə (əgər məmur deyilsə, məmurdursa, onun yanında işləmək səhvdir!), öz biznesinə xəta vermək istəməz. Deməli Cingiz Abdullayevin dilinlə desək, sahibkar biznesə ziyan vurmur deyə, 100% alibiyə sahibdir. Marketoloq sahibkarı başa düşmürsə, gunah bir mənalı şəkildə marketoloqdadır, çünki biznesin dəyər zəncirini başa düşə bilmir. Biznesə sahibkar gözü ilə baxa bilmir. Marketoloqun vəzifəsi, sahibkarın maraqlarını – müştərinin maraqları ilə paralel qorumalıdır.

Fikirləriniz bilmək çox maraqlı olardı. Kommentlərinizi YouTube kanalımızda gözləyirik.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: