Monthly Archives Avqust 2018

Çox zaman, biznes adamlarını görəndə və ya onlar haqqında fikir yürüdəndə belə bir fikir formalaşır ki, guya biznes adamı sərbəstdir və özü-özünün rəhbəridir. Həqiqətənmi bu belədir? Biz hesab edirik ki, biznesdə yalnız və yalnız bir rəhbər var – olur: CƏNAB MÜŞTƏRİ. Bilirsiz niyə?

Hardansa eşitdiyim və çox xoşuma gələn bir söz var: Uşaq əzizdir, tərbiyəsi ondanda əzizdir. Həqiqətəndə dünyada ən şanlı ad valideyn adıdır və bu şanlı adı daşımağın ən vacib öhdəliyi cəmiyyətə, ailəyə, vətənı faydalı övlad yetişdirməkdir. Övlad sahibi olmaq işin hələ, çox başlanğıcıdır. Bəs Sizcə övlad tərbiyəsində ən düzgün metodlar hansılardır? Video blogda bu istiqamətdə fikirlərimizi misallarla izah etməyə çalışmışıq.

Xəstəlik, ağrılar, problemlər əslində bizim üçün faydalıdır. Bilirsiz niyə? Niyələr barədə, video blogda misallarla izahatlar verməyə çalışacam. Biz hesab edirik ki, hər bir ağrı, hər bir çətinlik insan üçün siqnaldır. Bizə siqnal verir ki, həyatda nələrsə səhv gedir. Hətta Sizin xəstəliyinizin növü belə, Sizin etdiklərinizə düz mütənasibdir. Videoda ətraflı danışmışam…

Əziz oxucu, binzes sözü dəyişiklik sözünə sinomdir. Əgər biznes adamı daim, öz biznesində – özündə dəyişiklik etmirsə, bir mənalı şəkildə onun işləri geriyə doğru gedəcək. Düstur çox sadədir, sən yerində durursansa, deməli geriyə gedirsən. Biznes bir mənada velosiped sürməyə bənzəyir, təkər fırlanmasa, sən pedala basmasan, yıxılacaqsan. Fikirlərimizi video formasında izah edək…

Dünyanın inkişaf etmiş ölkələrinə fikir verin… görəcəksiniz ki, biznesin inkişafı, biznesin drayveri olan ölkələr çox nadir hallarda paytaxtdan çıxır. Məsələn, Almaniyanın iqtisadi gücü dedikdə ağla Bavariya – BadenWurtenberg yada düşür və ya qonşu Rusiya dedikdə ağla S-Peterburg və Krasnodar gəlir… hər bir ölkəyə baxsanız eyni şeyi görəcəksiniz. Bəs Azərbaycanda? Bəs ölkəmizdə vəziyyət necədir?

Əziz oxucu, sevgi olmadan, gördüyün işin vurğunu olmadan bizneslə məşğul olmaq olmaz. Ürəyində sevgi olmayan heç bir biznes adamı, uğurlu ola bilməz. Əgər işinizi sevmirsinizsə, bəri-başdan, başqa iş görün. Bilirsiz niyə?

Əziz oxucu, çox zaman, biz bəzi məsələlərdə çox radikal oluruq, o qədər dərinə gedirik ki, absurd vəziyyətlər olur, amma bəzən böyük problemlərə göz yumuruq. Ataların yaxşı sözü var, vur deyəndə, öldürmək olmaz. Blogda Sizinlə çox sadə, lakin sadə olduğu qədər vacib bir məsələyə diqqətinizi çəkmək istəyirik…

Biz xalq olaraq torpaqlarımızın böyük bir hissəsini ermənilər tərəfindən işğal edilməsi, əsirlərimizin ermənilərin əlində qalmasına göz yumuruq, amma hansısa bir qızın Azərbaycana gəlməsinə üsyan edirik…

Close