image_pdfimage_print

Əziz oxucu, binzes sözü dəyişiklik sözünə sinomdir. Əgər biznes adamı daim, öz biznesində – özündə dəyişiklik etmirsə, bir mənalı şəkildə onun işləri geriyə doğru gedəcək. Düstur çox sadədir, sən yerində durursansa, deməli geriyə gedirsən. Biznes bir mənada velosiped sürməyə bənzəyir, təkər fırlanmasa, sən pedala basmasan, yıxılacaqsan. Fikirlərimizi video formasında izah edək…

Yeniliklər etmək üçün, biznes adamı daim risklər edir. Bəlkə elə buna görə biznes – sahibkarlıq fəaliyyəti peşələr arasında ən risklidir. Məntiq çox sadədir, insan qabağa gedəndə, onu nəyin və necə olacağına proqnoz etməsi mümkün olmur. Axı biz dünəni bilirik, sabah haqqında fikir bildirmək yalnız proqnozlar əsasında olur. Siz atdım atırsınız və atacağınız addımın məsuliyyəti tam olaraq Sizin çiyninizdədir.

Biznesdə yenilik etmək üçün, yenilikdə nəticə əldə etmək üçün biz qabağı görməliyik. Şahmat dilində desək, biznes adamı ən azı 3-4 gediş (il) əvvəli görməlidir. Bəlkədə bunun üçün, kitab oxumaq, YouTube baxmaqla yanaşı gəzməkdən keçir. Çox gəzən, daim çox bilir.

Video blogda yeniliklər etmək və biznesi aparmaq üçün ağlımızda olan bəzi yenilikləri Sizinlə bölüşdük.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close