Övlad və Tərbiyə barədə

Hardansa eşitdiyim və çox xoşuma gələn bir söz var: Uşaq əzizdir, tərbiyəsi ondanda əzizdir. Həqiqətəndə dünyada ən şanlı ad valideyn adıdır və bu şanlı adı daşımağın ən vacib öhdəliyi cəmiyyətə, ailəyə, vətənı faydalı övlad yetişdirməkdir. Övlad sahibi olmaq işin hələ, çox başlanğıcıdır. Bəs Sizcə övlad tərbiyəsində ən düzgün metodlar hansılardır? Video blogda bu istiqamətdə fikirlərimizi misallarla izah etməyə çalışmışıq.

Məhşur rus pedaqoqunun dediyinə görə, valideynlər (müəllimlər) övladlarını (şagirdlərini) sevməlidir. Sevgi bir çox bağlı qapıları açır, bizi inkişafa, xeyrli işlər görməyə sövq edir. Həqiqətəndə sevilən insanlar digərlərinə nisbətən daha mərhəmətli, daha zəhmətsevər və təbii olaraq daha uğurlu olurlar. Övladlarımıza sevməliyik amma bu azdır…

… bundan əlavə biz onlara örnək olmalıyıq. Ən yaxşı tərbiyə, göstərməkdir. Mən gözümü açandan görmüşəm ki, atam daim işləyib, elmlə məşğul olub. Yadıma gəlir, atam müəllim işləyə-işləyə bir dəfə, kənddən meyvə alıb, Bakıda satmağa gətirmişdi… təsəvvür edirsiniz?! Bu yay tətilində olmuşdu və həmin illərdə ölkədə vəziyyət son dərəcə pis idi… söhbət 1990 – 1992-ci illərdən gedir. Alim, belə iş görürdü… amma əvəzində Ali Məktəbdə işləyəndə tələbələrdən rüşvət almırdı… bu mənə bir nümunədir. Eləcədə digər mövzularda…

Əziz oxucu, valideyn övladına tərbiyəni yalnız və yalnız göstərə-göstərə verə bilər. Bu əksi yalandır, bu əksi özünün etmədiyini digərinə sıramaqdır və s. Daha əvvəl bizim blogda olan “bal əhvalatı” kimi. Əgər sən, özün nəyisə edirsənsə, digərinə bu hərəkəti etmə… deyə bilmərsən. Alınmaz. Biz öz işimizdə buna maksimum riayyət edirik. Gözləyirik. Yalnız tərbiyədə deyil, hər şeydə.

İnanıram ki, video blog Sizə faydalı olacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: