image_pdfimage_print

Əziz oxucu, sevgi olmadan, gördüyün işin vurğunu olmadan bizneslə məşğul olmaq olmaz. Ürəyində sevgi olmayan heç bir biznes adamı, uğurlu ola bilməz. Əgər işinizi sevmirsinizsə, bəri-başdan, başqa iş görün. Bilirsiz niyə?

2014 – 2016-cı illərdə ölkəmizdə böhran – devalvasiya tüğyan edəndə, çoxlu sahibkarlar öz sektorunu dəyişdi. Biznes daim böhramlarla müşahidə edilir, böhransız biznes olmur. Hansı hallarda insan, böhranda biznesini dəyişir?! Çox sadə, pula görə işləyəndə. İnsan heç vaxt sevdiyi işi tərk etməz. Sahəni dəyişmək, biznesdə çox az hallarda uğur gətirir, çünki, butün sahələr özlərinə görə problemləri var. Problem hər yer var, mənfəət hər yerdə var.
Güclü sahibkar problemdən qaçmır, o problemi fürsətə çevirir. Bunu etmək üçündə…

… əlbəttə gördüyün işi sevmək lazımdır. Mənim yaxın dostum, Rafiq Vəliyev (Hünaltay) biznes forumlar təşkil etməyi çox sevir… çox sevir. Forumlarda ziyan olanda belə, Rafiq işdən həzz alır, çünki bu işi sevir. Nəticədə Rafiq kimi, Azərbaycanda biznes forum təşkil edə bilən yoxdur. Tam səmimi, bu qardaşa sadəcə sahəni göstər və orda mükəmməl forum təşkil edəcək. Niyə? Çünki artıq təcrübəsi var. Niyə təcrübəsi var? Çünki, bu sahəni sevir və çoxlu forumlar təşkil edib.

… pul qazanmayıb, amma yolundan dönməyib, çünki işi pula görə etməyib. Nəticə göz qabağındadır. Halal olsun!

Əziz oxucu, əgər biznes açmaq istəyirsinizsə, mütləq sevdiyiniz işi edin… ətraflı videoda baxa bilərsiniz.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close