Vur deyəndə, öldürməyin

Əziz oxucu, çox zaman, biz bəzi məsələlərdə çox radikal oluruq, o qədər dərinə gedirik ki, absurd vəziyyətlər olur, amma bəzən böyük problemlərə göz yumuruq. Ataların yaxşı sözü var, vur deyəndə, öldürmək olmaz. Blogda Sizinlə çox sadə, lakin sadə olduğu qədər vacib bir məsələyə diqqətinizi çəkmək istəyirik…

Biz xalq olaraq torpaqlarımızın böyük bir hissəsini ermənilər tərəfindən işğal edilməsi, əsirlərimizin ermənilərin əlində qalmasına göz yumuruq, amma hansısa bir qızın Azərbaycana gəlməsinə üsyan edirik…

Biz nə vaxta qədər ki, yarpaq dolmasından, sarı gəlindən və ya hansısa bir festivalda olanları ölümcül qəbul edəcəyik, bir o qədər məsələnin məğzi qıraqda qalacaq, biz xırda detalları düşünəcəyik. Biznesdədə belədir. Bəzən xırda detallara, hansısa bir prosesin daha mükəmməl olmasına biz o qədər böyük vaxt, resurs, enerji qoyuruq ki, bu prosesin olmaması bizə daha az zərər verir.

Hesab edirəm ki, hər bir hadisənin məğzinə getmək, bəzən məsələlərə yuxarıdan baxa bilmək şərtdir. Xırda detallar vacibdir, amma unutmaq olmaz ki, çox xırdaçılıq bizi, böyük işlərdən yayındıra bilər. Zaman və resurs məhduddur. Bunu qədrini bilin dostlar!

ƏLAVƏ OXUMAQ ÜÇÜN: