Baku Book Center barədə

Kitab insanın ən yaxın dostudur. Məhz kitablar bizi düzgün düşünməyə, sistemli fikirlər emal etməyə sövq etdirir. Sevindirici haldır ki, Bakımızda son dərəcə mütərəqqi kitab mağazası – Baku Book Center açılmışdı. Bu superdir. AMMA və LAKİN, biz hesab edirik ki, real biznes məhz biznes adamları tərəfindən açılmalıdır, inkişaf etməlidir. Biz blogda sözü gedən məsələyə biznes cəhətdən baxmağa çalışdıq.

İstənilən fəaliyyətdə ən döğru nöqtə biznesmen yanaşmasıdır. Məhz biznesmen cəmiyyəti inkişaf etdirir, məhz sahibkar düşüncəsi bizi inkişaf etdirir. Bazar iqtisadiyyatında müştərini düzgün başa düşmək üğurun açarıdır və bunu ən yaxşı edən biznes adamlarıdır.

Video blogda, Bugünlərdə Bakımızda açılışı olan Baku Book Center müsbət tərəflərini qeyd etmişik. Biz hesab edirik ki, belə ticarət yerləri, real biznes tərəfindən aparılanda daha effektiv, səmərəli olur. Süni gül, heç vaxt təbii güldən dəyərli ola bilməz. Bugün açılan satış nöqtəsində hər şey çox gözəldir, amma kaş ki, belə mağazaları bu işin sıfırında başlayan və pulu elə kitabdan qanazan biznes adamlara aça bilə.

Ətraflı video blogda baxa bilərsiniz. Necə deyərlər kaş ki, belə mağazaları Ali Ninolar aça bilərdi…

ƏLAVƏ OXUMAQ ÜÇÜN: