Hədəfə necə çatmaq olar?

Bu yaxınlarda eşitdiyim çox maraqlı bir söz var: “Hədəfə çatmaq üçün, yolunu dəyişmədən hərəkət etmək lazımdır…” mən bu fikirlə tam razıyam. Həqiqətəndə belədir. İstər biznes, istərsədə şəxsi həyatımızda inkişaf etmək, nəyəsə nail olmaq üçün ilk vacib olan element yorulmadan işləməkdir. Məhz bu zaman biz sistemli nəticələr əldə edə bilərik. Ətraflı video blogumuzda.

Ən uzun yol, ziq-zaqvari olan yoldur. Bir məsafədən, digərinə ən yaxın yol isə, düzbucaqlarıdır. İlkin Manafov hesab edir ki, hədəfə getmək üçün, biznes adamı sadəcə öz yolunu tutub hərəkət etməlidir. Maniyələrdən qaçmaq, əslində daha böyük maniyələr yaradır. Yer kürəsi dairəvidir və Sizin hərəkətinizdən asılı olmayaraq, mütləq mənzilə çataçaqsınız. Yolunuzu dəyişməyin, maniyələri dəf edin və hər maniyədən sonra daha güclü olacaqsınız.

Əziz oxucu, heç bir uğurlu insanın sehrli çubuğu olmur. Çox işləmək, beyinli olmaq, yorulmamaq və daim pozitiv olsanız mütləq alınacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: