Sadə həyat barədə

Həyatımızın çətinliyi, stresi əslində elə biz insanlar, özümüz tərəfindən yaradılır. Baxış bucağı və ya hansısa məsələyə baxış bucağı, bir-başa olaraq biznesin istiqamətini göstərir. Yalnız biznes deyil, həyatımızın baxış bucağını göstərir. Video blogumuzda həyatımızı sadələşdirmək üçün nələri etməliyik, istiqamətində video blogumuzu Sizlərə təqdim edirik.

Biz qeyri-ixtiyarı olaraq öz həyatımızı, düşüncələrimizi çətinləşdiririk. Nəticədə özümüzü daha çox çətinə salırıq. Yaxşı yaşamaq istəyi bizi, daha pis yaşamağa sövq etdirir. İlkin Manafov hesab edir ki, gözləntilərin azaldılması insanı çox güclü edir. Gözləntiləri az olan adamlar məğlubedilməz olurlar. Bu o demək deyil ki, biz hər şeyi tullamalıyıq. Sadəəcə başa düşmək lazımdır ki, həqiqət sadə həllərdə gizlənmişdir.

Sadəlik bizi düzgün cavablara yaxınlaşır. Çətin və ya mürəkkəb hərəkətlər bizi sehv etməyə sövq etdirir. Video blogda Stiv Djobsun son çıxışıda təqdim edilir. Buradan bu videoya baxa bilərsiniz.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: