image_pdfimage_print

Moskvanın ən sevdiyim yerləri siyahısında Polyanka metrosunun çox yaxınlığında olan kitab mağazasıdır. Bu mağazada həm mənim cavanlığımı xatırladır, həm ümumi olaraq məndə çox xoş hisslər yaradır. Bu dəfədə Moskvaya gedəndə bu mağaza üçün vaxt ayırdım və mağazanın timsalında müştəri davranışlarında olan dəyişiklər barədə Sizlərə məlumat vermək istəyirəm. Beləliklə…

Kitab oxumaq bugün vacibdirmi?

Mən hesab edirəm ki, müasir dövrdə kitabın əhəmiyyəti bir elm ötürmə vasitəsi kimi gündən-günə azalır. Səbəb çox sadədir insanlar informasiyanı rəqəmsal usüllarla əldə etmək istəyirlər. Başqa sözlə desək, insanlar daha çox dinləmək və görmək istəyir. Eyni zamanda müasir insan kitax oxumaq prosesini darıxdırıcı hiss edir.

Sizdən nə gizlədim, mənim özüm blogumuzu video formata keçirəndə məhz yuxarıda dedikləri əsasa aldım. Mənim özüm son vaxtlar informasiya qəbulu üsulu kimi YouTube-dən istifadə edirəm. Öz YouTube kanalımıda bu məntiqlə yaratmışam. Ətraflı buradan baxa bilərsiniz.

Kitab oxumaq hər dövrdə vacib olsada, internetin inkişafı gündən-günə kitab sənayesinin zəifləməsini gətirib çıxaracaq. Əlbəttə ki, kitab qoxusuna vurulanlar hər zaman kitab alacaqlar, amma rəqəmsəl kitablar daha aktualdır.

Mən özüm səhər qaçısında ən azı, 40 dəgigə hansısa bir informasiya əldə edirəm. Çox effektivdir, həm idman edirsən, həmdə məlumatlar əldə edirsən.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close