Sərhədləri aşmaq lazımdır

İstənilən bir mövzu barədə fikir yürütmək üçün, biz müqayisələr edirik. Daha doğrusu bizim həyatda olan butün gerçəklərimiz, düzümüz və ya səhvimiz müqayisəli olur. Müqayisə subyektiv amildir, çox təbiidir, çünki hansısa obyektə baxış bucağından, o obyekt barədə çıxan nəticə dəyişir. Video blogda müqayisələr barədə fikirlərimizi paylaşırıq.

İnsan oğlunun bugün məlumata olan girişi, məlumat əldə etmək üsulları son dərəcə çoxalmışdır. Təbii ki, bu ifadənin özü belə müqayisəlidir, nəylə, bizim bildiklərimizlə. Deməli hansısa bir sahədə inqilab etmək, xüsusi yenilik əldə etmək üçün, insan daha az bilməlidir. Məhz belə olan təqdirdə, ciddi proqressiv inişafdan söhbət gedə bilər.

İnsan qarşısında duran ən böyük maniyə – əngəl, onun düşüncələridir. Böyük nəticələr sərhədsiz düşüncə nəticəsində formalaşa bilir. Biz hansısa mövzu barədə fikir bildirdiyimiz zaman, ilk ağlımıza gələn amil, məhz müqayisədir. Başqa sözlə desək, insanlar nəyinsə yaxşı (pis), (uzun) gödək, iri (xırda) olmasına məhz müqayisə nəticəsində formalaşdıra bilirlər. Video blogda, İlkin Manafov sözü gedən mövzular barədə fikirlərini paylaşır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: