Monthly Archives Mart 2019

Çox sadə, sadə olduğu qədərdə bizim üçün çətin olacaq bir yanaşma var – əgər Siz gördüyünüz işə, diqqət sərf etməsəz, işləriniz yaxşı gedə bilməz. Başqa sözlə desək, bir adam iki işi eyni anda, yüksək səviyyədə görə bilməz. Bu yalnız rəqabət olmayan bazarlarda mümkündür və təbii olaraq ki, yalnız qısa zaman kəsiyində. Realda isə… hər bir sahibkar özü gördüyü işin üstündə olmalıdır. Əksi halda nəticə gözləniləndən aşağı olacaq. Bilirsiz niyə?

Bugünlərdə dostumuz Rafiq Vəliyevin Facebookda yazdığı çox maraqlı status diqqəti çəkdi. Rafiq statusda, ölkəmizdə imiqrant olmuş insanların timsalında yarı satirik, yarı ciddi bir post paylaşmışdı. Bu postdan ilhamlanaraq, blogu Sizə təqdim edirəm.

Biz hesab edirik ki, müasir dövrdə bizim iki vətənimiz olur: virtual vətən və real vətən. Sözü gedən mövzuları video blog formasında Sizlərə çatdırmaq istəyirik. Hər keçən gün, insanların virtual vətənində yaşam tərzi ilə, real vətəni arasında uçurum formalaşır. Bu uçurum ümumi insan şəxsiyyətinə mənfi təsir etməklə yanaşı, ümumi ruhumuzun rahat olmasına təsir edir. Niyə bu belədir?

Daha əvvəldə bildiyiniz kimi, Milli Marketinq Forumu Azərbaycanımızda keçirilən ilk biznes tədbirdir. Biz bunu düz 7 il əvəvl həyata keçirəndə ölkədə Forum və ya Milli sözünü çox az işlədilirdi. Əksinə Milli sözünün yerinə qlobal – beynalxalq terminləri daha çox “sevilirdi”. Buna baxmayaraq bil yaxşı başa düşürdük – Biznes lokal olduğu zaman güclü olur. Bu ildə Milli Marketinq Forumu keçiriləcəkdir və mən bu Forumda biznes trendlər barədə fikirlərimi bölüşəcəm.

Close