image_pdfimage_print

Çox sadə, sadə olduğu qədərdə bizim üçün çətin olacaq bir yanaşma var – əgər Siz gördüyünüz işə, diqqət sərf etməsəz, işləriniz yaxşı gedə bilməz. Başqa sözlə desək, bir adam iki işi eyni anda, yüksək səviyyədə görə bilməz. Bu yalnız rəqabət olmayan bazarlarda mümkündür və təbii olaraq ki, yalnız qısa zaman kəsiyində. Realda isə… hər bir sahibkar özü gördüyü işin üstündə olmalıdır. Əksi halda nəticə gözləniləndən aşağı olacaq. Bilirsiz niyə?

Sözü gedən niyələr barədə video blogda ətraflı məlumat verməyə çalışmışıq. Necə ki, heç bir dayə ananı əvəz edə bilməz, eləcədə heç bir menecer şirkət sahibini əvəz edə bilməz. Şirkət sahibi bir başa olaraq işinin üstündə deyilsə, əmin olun ki, artıq işlərdə problem var. Diqqət edin. Biz burda sadəcə hansısa işin sahibkarın özü tərəfindən həyata keçirilməsini demirik. Biz demək istəyirik ki, biznes adamı mütləq öz biznesində işləməlidir.

Həyatımızda olan bir çox dərin sualların çox sadə cavabları var. Eləcədə bizi həyata edən hər şey, sadə qanunlara tabe olur. Necə ki, heç bir dayə ananı əvəz edə bilmir, eləcədə heç bir menecer şirkət sahibini əvəz edə bilməz. Əgər istəyirsinizə ki, biznesiniz Sizi aldatmasın, Sizdə biznesi aldatmayın, ona vaxt – zaman – enerji sərf edin. Bu işlər pul xərcləməklə olmur, bu işlər üçün əziyyət çəkməliyik. İstər Teymur Rəcəbov, istər Şəhriyar Məmmədyarov və ya rəhmətlik Vuqar Həşimov şahmat öyrənməklərində bir mənalı şəkildə valideynlərinə borcludurlar. Başqa sözlə desək, valideyn əziyyət çəkməsə uşağın nəticəsi gözlənilən olacaq.

Sözü gedən mövzu barədə video blogumuzda bir neçə misallar gətirməyə çalışmışıq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close