Video blog barədə

Əziz dostlar, bugün çox maraqlı bir hadisə baş verdi: mən çoxtandı girmədiyim, bir vaxtlar özümün əsas iş hesab etdiyim bu saytı, Sizin oxuduğunuz www.ilkinmanafov.com saytına girdim. İnanırsız, çox emosional oldum, hətta əməlli-başlı nostalji hisslər yaşadım. Bəs niyə bugün blogumuz aktual deyil? Niyə biz mütamadi olaraq öz biznesimizdə baş verən prosesləri Sizinlə yazılı formada deyil, video bloglarla, qısa videolarla bölüşürük?

Yadıma gəlir, bizim blog bir vaxtlar, mənim üçün əsas işlərdən biri idi, mən həftədə minimum 1, maksimum 6 blog yazırdım və bizim video blogda, elə bugündə Azərbaycan dilində biznes haqda kütləvi şəkildə kontent yaranmışdır. Biz burda yalnız biznesdən danışırdıq. Beləliklə niyə bugün yazılı blog aktual deyil?

İlk əvvəl deyim ki, bizim video kanalımızda kifayət qədər abunəçi sayı olmasada videolarımıza baxış sayı hər keçən gün artır. Həmçinin qeyd edim ki, həvəskər formada olan bloglar içərisində bizim video blog kifayət qədər aktualdır. Bizə baxırlar. Bu superdir.

Bizim video blogda artıq 200-ə qədər biznes haqda videolar cəmləşmişdir. Burada biz Sizinlə öz biznesimizdə baş verən hadisələr, cəmiyyət baş verən proseslər barədə fikirlərimiz paylaşılır. Həmçinin çox istəyirəm ki, gələcəyə doğru Azərbaycanımızda ciddi işlər görmüş biznes adamları ilə, abunəçilərimizi mütəmadi görüşdürməyə çalışaq. Bu bizim üçün vacibdir, biz istəyirik ki, ölkədə biznes haqda insanlar görmək istədikləri məlumatları bir araya toplayaq və sahibkarlıq fəaliyyətinə dəstək – təkan verək.

İlkin Manafov video blogları, Azərbaycanımızda biznesə olan marağın artırılmasına xidmət edir. Bizim həyat prinsipimiz budur, ölkəmizdə güclü iqtisadiyyat olmalıdır, bizim əlimizdən gələnlər qədərdə buna çalışmalıyıq. Bizim əlimizdən öz biznesimizdə olan prosesləri, etdiyimiz müsbətləri, buraxdığımız səhvləri Sizinlə bölüşək. Bunun kimlərəsə faydalı olmaq istəyirik. Abunəçilərin bizə verdiyi kommentləri nəzərə alaraq mənə elə gəlir ki, bu bəzən alınır. Tam xoşbəxtçilik üçün nə lazımdır?!)

Əziz oxucu, bizi YouTube kanalımızdan izləyin, söz veririk ki, kifayət qədər maraqlı videolarımız olacaq. Mən burada Sizinlə bir neçə çox baxış olan videoları təqdim etmək istəyirəm. Bəlkə vaxtınız olar, elə burdan baxarsınız, kanalımıza abunə olarsınız.

  1. Biznes qurmaq üçün nələrə diqqət etmək lazımdır? Buyurun videoya keçid buradan baxa bilərsiniz. Maraqlı blogdur, kifayət qədər baxış var. Sizdə baxıb fikirlərinizi yaza bilərsiniz.
  2. Yeni biznes necə qurulur? Nə etməliyik ki, biznes qura bilək və ya necə edək ki, sistemli və minimum investisiya ilə iş qura bilək. Bu sualların cavabı üçün hesab edirik ki, videomuz aktual ola bilər. Baxın, fikirləriniz maraqlıdır.
  3. Biznesə başlamaq üçün 3 vacib şərt. Bu blogda biz, biznes qurmaq üçün vacib olan 3 ana istiqamət barədə danışmışıq. Bizim fikirimiz bu üç amil, hər bir biznes qurmaq istəyən adam üçün vacibdir, əhəmiyyətlidir.

Əziz oxucu, Sizin fikirləriniz bizin üçün çox vacibdir. YouTube kanalımızda təxminən 3 mindən çox abunəçi var. Sizdə bilirsiniz ki, bizim bloglarda “su” olmur, hər şey təbii, hər şeylə “ət”li olur. Videolarımızda heç bir reklam dəstəyidə ola bilməz, bu bizim əsas prinsipimizdir. Ancaq bizə bəyənən dostların, tövsiyyələrimizlə abunəçi sayı arta bilər. Bizim üçün abunəçilər vacibdir, çünki abunə sayı bizi yeni-yeni video bloglara motivasiya edəcək.

Bəyənsəniz bizi, tövsiyyə edərsiniz.

Sizləri YouTube kanalımızda gözləyirik…