Monthly Archives Sentyabr 2019

Biznes blogumuzda şirkət idarəedilməsində biznes sahibinin və icraçı direktorun funksiyaları barədə söhbət etmişik. Hansı vacibdir, hansılar olmalıdır və ya şirkətdə həm operativ icra, həmdə təsisçiliyi bir adam edə bilərmi? Bu mövzular barədə video blogda fikirlərimizi paylaşmışıq.

Çox zaman, istər yerli şirkətlərimizdə, istərsədə xaricdə daim belə bir mövzular gedir: hansı daha doğrudur? Biznesi təsisçinin özünün idarəetməsi və ya icraçı direktorun “çöldən” gəlməsi. Əlbəttə, Sizində bildiyiniz kimi, biznes şablonları sevmir və bu sualla bir tərəfli cavab vermək mümkün deyil. Buna baxmayaraq video blogda sözü gedən mövzu barədə fikirlərimi paylaşmışam.

Video blogumuzda 189 taksi xidmətinin təsisçisi Ağacan Abbasovla intervyunu təqdim edirik. Daha əvvəldə dediyimiz Azərbaycanda söz demiş iş adamları ilə intervyular – biznes barədə səmimi söhbətlər həyata keçirməyə başlamışıq. Bu layihədə əsas məqsəd ölkədə söz demiş biznes adamları ilə Sizləri tanış etməkdir. Beləliklə ikinci video blogumuza baxa bilərsiniz.

Biznes adamı daim yeniliklər etməli, müştərilərinə fərqli və faydalı məhsul (xidmətlər) təklif etməlidir. Belə olmasa, ümumi işlərin düzgün təşkil edilməsi mümkün ola bilməz. Video blogumuzda kollektivlərdə narazı işçi tipləri barədə danışmışıq. Yalnız kollektivdəmi? Əlbəttə, xeyr. Belə insanlar cəmiyyətimizin butün nöqtələrində var. Daha konkret desək…

Əziz oxucu, bizim video kanalımızda çoxdan düşündüyümüz rubrikaya start verdik. Beləliklə bizim kanalda, Siz ölkənin aparıcı biznes adamları ilə intervyulara – müsahibələrə baxa biləcəksiniz. Necə? Çox sadə, mən, Sizin blogunuzun aparıcısı olacam, bəli-bəli axı İlkin Manafovun video blogu həmdə sənindir. Biz bilirik ki, sən biznes qurmaq barədə düşünürsən və Azərbaycanımızda uğurlu – real biznes qurmuş insanların fikirlərini bilmək sənə faydalı olar.

Beləliklə… çox uzatmadan birinci videomuzu Sizlərə təqdim edirəm, Embawood şirkətinin sahibi və direktoru – Elşad Abbasovla, mənim İlkin Manafovun biznes barədə səmimi söhbəti.

Close