"189 TAXİ" Azərbaycan. Ölkənin ən böyük taksi şirkətinin sahibi

Video blogumuzda 189 taksi xidmətinin təsisçisi Ağacan Abbasovla intervyunu təqdim edirik. Daha əvvəldə dediyimiz Azərbaycanda söz demiş iş adamları ilə intervyular – biznes barədə səmimi söhbətlər həyata keçirməyə başlamışıq. Bu layihədə əsas məqsəd ölkədə söz demiş biznes adamları ilə Sizləri tanış etməkdir. Beləliklə ikinci video blogumuza baxa bilərsiniz.

Videodan göründüyü kimi, biz daha çox biznes adamlarının daxili mühitini açmağa çalışırıq. Bu bizim üçün vacibdir, çünki biznesin əslində heç bir sirri yoxdur. Burada şablon yanaşmalar olmur, burada hər şey əməzsevərliyin, kreativ düşüncənin, fərqli olmağın üzərində qurulur. Bunada digərlərinin təcrübəsini öyrənməklə mümkün olmur.

Niyə biz iş adamları ilə Sizləri tanış edirik? Çox sadə biz istəmirik ki, Azərbaycanda biznes quran dostumuz – SƏN, hansısa rus və ya xarici ölkə biznes adamının müsahibəsinə baxsın… bizim üçün vacibdir ki, ölkədə olan biznes adamları ilə Siz tanış olasınız. Bu vacibdir. Azərbaycanda öz gücü ilə biznes qurmuş insanlar var. Bizdədə sıfırdan, milyonçu olanlar var.

Onların ataları valideynləri, deputat, nazir nə bilim… komitə rəhbəri deyil. Onlar sıfırdan biznes qurublar, əziyyət çəkiblər və səndən fərqli deyillər. Səndədə alına bilər. Səndə edə bilərsən. Video bloglarımıza bax, əgər sənə faydalı olsa – paylaş. Hər şey super olacaq. Sadəcə işlə.

ƏLAVƏ BAXMAQ ÜÇÜN: