Elşad Abbasov və İlkin Manafov | Biznes barədə sual-cavab

Əziz oxucu, bizim video kanalımızda çoxdan düşündüyümüz rubrikaya start verdik. Beləliklə bizim kanalda, Siz ölkənin aparıcı biznes adamları ilə intervyulara – müsahibələrə baxa biləcəksiniz. Necə? Çox sadə, mən, Sizin blogunuzun aparıcısı olacam, bəli-bəli axı İlkin Manafovun video blogu həmdə sənindir. Biz bilirik ki, sən biznes qurmaq barədə düşünürsən və Azərbaycanımızda uğurlu – real biznes qurmuş insanların fikirlərini bilmək sənə faydalı olar.

Beləliklə… çox uzatmadan birinci videomuzu Sizlərə təqdim edirəm, Embawood şirkətinin sahibi və direktoru – Elşad Abbasovla, mənim İlkin Manafovun biznes barədə səmimi söhbəti.

Video göründüyü kimi, biz Elşad müəllimlə sadəcə səmimi söhbət edirik. Sizində bildiyiniz kimi, mən bizneslə məşğulam və “yumşaq” desək jurnalist deyiləm… amma buna baxmayaraq bizim üçün çox vacibdir ki, Azərbaycanda olmayan işləri ölkəmizdə tətbig edək. Bu bizim həyat missiyamızdır.

Məsələn, bizim bölgələrdə fəaliyyət göstərən mebel satışına ixtisaslaşmış mebel mağazaları şəbəkəmiz konkret olaraq olmayan bir sahədə işləyir. Reqionlar böyük, çeşidi, təklifi bol olan, mebel satışı mərkəzləri yoxdur – azdır. ForHome bu sahədə bir yenilik edir.

Mutfakçı Dizayn Mərkəzi Azərbaycanıın ən böyük mətbəx mərkəzidir. Burada biz mətbəxə aid hər bir şeyi vahid konsepsiyada müştərilərimizə təqdim edirik. Burada müştərilər Alman furnituralarından, keyfiyyətli və gözəl mətbəx mebelləri münasib qiymətə ala bilərlər. Bir növ keyfiyyət və qiymət mütənasibliyində bizim mətbəxlər Azərbaycanda çox iddiyalıdırlar.

Eyni zamanda bizim video bloglarda sırf orta və kiçik biznes sahiblərinə xitab edir. Onlar üçün maksimum faydalı məlumatları təqdim etməyə çalışır. İnanıram ki bu rubrikamız davamlı olacaq. Bu arada verilişimizin ikinci qonağı artıq məlumdur – 189 Taksi şirkətinin təsisçisi Ağacan müəllimdir. YouTube kanalımıza abunə olun. Bu bizi daha çox motivasiya edir.

ƏLAVƏ BAXMAQ ÜÇÜN: