image_pdfimage_print

Biznes adamı daim yeniliklər etməli, müştərilərinə fərqli və faydalı məhsul (xidmətlər) təklif etməlidir. Belə olmasa, ümumi işlərin düzgün təşkil edilməsi mümkün ola bilməz. Video blogumuzda kollektivlərdə narazı işçi tipləri barədə danışmışıq. Yalnız kollektivdəmi? Əlbəttə, xeyr. Belə insanlar cəmiyyətimizin butün nöqtələrində var. Daha konkret desək…

… bu insanlar daim nələrdənsə şikayət edir, gunahı özündən başqa hər şeydə görür, amma heç bir şəkildə öz üzərində işləmir. Öz üzərinə düşən işləri görmür, əvəzində kiminsə dalınca danışır və s. Əzizlərim insanın, öz uğursuzluğunu qəbul etməsi çox çətindir. Bu böyük şəxsiyyətlərə məxsus bir hissdir. Məsələn, filan işi səhv etmişəm, deməkdənsə: “Mənlik deyil, bu ölkədə bu iş olmur…” demək daha asand olur.

Biz xarici iş adamlarını daim öz işləri barədə paylaşımlar etdiklərini, ətrafda olan gənclərin öyrətdiklərini görmüşük. Şəxsən mən, belə xarici iş adamlarından çox şey öyrənirəm. Ən azı mənə elə gəlir ki, öyrənirəm. Bəs bizdə? Bizdə bu demək olar ki, yoxdur. Biznes təlimləri satan biznes adamlarından başqa heç kim danışmır. Bu dostlarımızında zatən işi təlim satmaq olduğu üçün, onlara bu proses daha çox özünü reklam etməkdir.

Başqa kim danışır? Heç kim… belə deyəkdə özləri üçün faydalı olduğu üçün danışırlar, təlim biznesində olan dostlarımız, amma bazarda işləyən 100 milyonluq biznesləri olan, iş adamlarımız danışmır. Niyə? Həgin ki, bunun səbəbləri var. Biz bununla razılaşırıqmı? Əlbəttə yox. Biz bu adamlara zəng edirik, onları müsahibə vermələri üçün xahiş edirik və bəzən buna nail oluruq. Demək ki, narazılıq etməkdənsə nəyisə düzəltməyə çalışmaq lazımdır.

Eləcədə digər işlərdə daim narazı olan və ya özündən asılı olmayan işləri tənqid edən adamların faydalı olmasına heç bir şəkildə inanmıram. Bu o demək deyil ki, mənim dediklərim 100/100 doğrudur, bu o deməkdir ki, bizim baxış bucağımız budur və biz bunu Sizinlə paylaşırıq.

Video blogda sözü gedən mövzularda barədə fikirlərimi bildirmişəm. Maraqlı olsa, baxarsınız.

ƏLAVƏ BAXMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close