image_pdfimage_print

Çox zaman, istər yerli şirkətlərimizdə, istərsədə xaricdə daim belə bir mövzular gedir: hansı daha doğrudur? Biznesi təsisçinin özünün idarəetməsi və ya icraçı direktorun “çöldən” gəlməsi. Əlbəttə, Sizində bildiyiniz kimi, biznes şablonları sevmir və bu sualla bir tərəfli cavab vermək mümkün deyil. Buna baxmayaraq video blogda sözü gedən mövzu barədə fikirlərimi paylaşmışam.

Şirkət sahibi özü-özlüyündə xüsusi bir düşüncəli insandır – sahibkardır. Bilirsiz, sahibkar ruhlu insanlar yenilikləri çox sevirlər, daim nələrisə düz etmək istəyirlər və öz bizneslərinə qarşı emosional formada bağları olur. Bu tipik sahibkar baxış bucağıdır.

Şirkət rəhbər, icraçı direktor isə, riskə getməyən, şəxsi biznes deyil, kiminsə qurduğu işin inkişafı və güclənməsi üçün çalışan şəxsdir. Adətən şirkət rəhbərləri, müasir dildə desək CEO-lar çox yaxşı təhsilə malik olurlar, gördükləri işləri dəgig bilirlər. Rasional olurlar və əlbəttə ki, sahibkarla müqayidəsə daha az riksə gedirlər.

Hesab edirəm ki, biznes bir komanda işidir və hər iki vəzifə – mövqe biznesin inkişafı üçün vacibdir. Həm biznesdə risk etməyi sevən tərəf olmaıdır, o daim yeniliklər etməyi istəməlidir, həm də daim konservativ, daha çox düşünən adamlar olmalıdır. Bu da şərtdir.

Video blogda söze gedən mövzular izah edib və öz fikir nöqtələrimi göstərməyə çalışmışam. Həm sahibkar, həm CEO barədə danışdıq. Hər ikisidə vacibdir və mən inanmıram ki, bu iki xasiyyəti eyni adamda cəmləmək mümkün olsun. Bu real görünmür.

Bu arada bizə ideya qaynağı kimi çıxış edən Facemark kollektivinə təşəkkür edirəm.

ƏLAVƏ BAXMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close