Mənzil tikintisi və Google stilində ofis

Azərbaycan mənzil bazarında yeniliklər etmiş Huner Gruop şirkətinin təsisçisi – Ehtiram Quliyevlə olan müsahibəni Sizlərə təqdim edirəm. Bu müsahibədə şirkətin Google stilində olan ofis binası ilə yanaşı, yeni biznes qurma yolları, sıfırdan ölkənin ən böyük tikinti şirkətlərinin birinə çevrilən şirkətin tarixçəsi haqda söhbət edilir.

Bu bizim video blogda sayca uçüncü müsahibədir. Birinci blogda biz, Elşad Abbasovla – Embawood , ikincidə isə Ağacan müəllimlə – 189Taxi müsahibə apardıq. Bilirsiniz ki, biz jurnalist deyilik və bilirsiniz ki, bizim əlimizdən bu gəlmir. Amma buna baxmayaraq İlkin Manafov blogunun abunəçiləri ölkəmizdə biznesə əhəmiyyət verən insanlardır və biz ç0x istəyirik ki, Azərbaycanda güclü biznes qurmuş adamlarla onları tanış edək.

Huner Gruop istər özünün tikdiyi binalar, istər innovativ Flexy Park konsepti ilə mənzil bazarına həqiqətəndə yeniliklər gətirib. Bilirsiniz, tikinti konservativ sektordur, amma buna baxmayaraq Ehtiram müəllim sözün əsl mənasında yeniliklər etməyi bacarır. Verdiyi cavablardan, yaratdığı ofisdən əlbəttə bunu aydın formada görmək olur.

Biz müsahibə boyu Huner Gruop təsisçisi ilə səmimi söhbətlər etdik, ondan biznesə olan baxışı, yanaşmasını bizə izah etməsini istədik. Məncə çox faydalı və kifayət qədər informativ bir veriliş çəkə bildik. Ehtiram müəllimin bizə dediyi mesajlar, hər bir biznes qurmaq istəyən dostumuz üçün yaxşı mayak rolunu oynaya bilər. Hər dəfə dediyimiz kimi, xarici iş adamlarından öyrənmək çox az hallarda faydalı olur. Vacib bizim yerli biznes adamlarını tanımaqdır, Azərbaycanda biznes necə qurulur suallına cavab tapmış insanlarla danışmaq çox yaxşıdır.

Video blogumuzun növbəti qonağı Beatech şirkətinin direktoru Elnarə Naxmedova olacaq. Bizi izləməyə davam edin.

ƏLAVƏ BAXMAQ ÜÇÜN: