Əmək haqqı necə hesablanır?

Əmək haqqı və bonus sistemi müasir biznesin ən aktual problemlərindəndir. Daha dəqiq desək, əməkdaşların gördükləri işlərə görə ödənişlərin – maaşların hesablanması biznesdə ən mühum nöqtədir. Səbəb çox sadədir, biznes insanlarla işdir və bu insanların başında şirkətin çalışanları durur. Deməli onların motivasiya sistemindən, onların iş həvəsindən hər şey asılıdır. Bəs bunu necə təkmilləşdirmək olar?

Müasir biznes ədəbiyyatlarla bu haqda çox saylı yazılar, kitablar, məqalələr var. Bunu hamı bilir və ya ən azından özünü bilir kimi göstərir. Əslində isə, biznesdə bu çox mürəkkəb bir prosesdir. İnsanlar müxtəlifdir və onları işləməyə yönləndirmək üçündə müxtəlif üsullar var. Yalnız maddi motivasiya ilə, yalnız yüksək əmək haqqı ilə insanları uzunmüddətli işlətmək olmur. Faydalı işlətmək olmur.

Video blogda sözü gedən mövzu barədə, KPİ sisteminin əsas vacib elementləri barədə söhbət etmişik. Hər dəfə deyirəm, biz İlkin Manafov bloglarında, videolarında yalnız etdiklərimiz, əmin olduqlarımızdan danışırıq. Səmimiyyət edirik. SƏhv ediriksədə, bilin ki, səhv bildiyimizdən edirik. Səni aldatmaq həvəsimiz yoxdur. Yumşaq desək!)

Şirkətlərdə KPİ sistemi tam olaraq biznesin daha motivasiyalı olması üçün çalışır. Adındanda göründüyü kimi Faydalı iş Göstəriciləri tapılmalı, hədəflər qoyulmalıdır. Bu hədəflər mütləq işçilər tərəfindən qəbul edilməlidir. Belə olmasa sistem tam olaraq nəzəriyyə görünüş alar. Biznesdə nəzəriyyə işləmir. Siz bunu məndən yaxşı bilirsiniz.

Çalışın şirkətinizdə qoyduğunuz əmək haqqı sistemi birə-bir əməkdaşlarınızın başa düşdüyü dildə olmaqla yanaşı, inandırıcı olsun. Məhşur anekdorta olduğu kimi, “Paraşut vermirəm…” misalına bənzəməsin. Bu vacibdir.

BİZNES BARƏDƏ VİDEOLAR: