image_pdfimage_print

1830-cu ildə, Puşkin, Rusiyanın Boldino kəndinə gəlir. Burada şair atasından qalan mülkü satmalı və ailəsinin borclarını ödəməli idi. Puşkin Boldinaya gələn gündən, 3 gün sonra, Karantin başlayır və kənd tam olaraq əhatəyə alınır. Puşkinə çıxmağa qoymurlar. O, burada 3 ay qalası olur və dövr yalnız Puşkin üçün deyil, bötüvlükdə Rusiya ədəbiyyatı üçün qızıl dövr hesab edilir.

Bugün dünyada koronavirus xəstəliyi pandemiya elan edilmişdir və Azərbaycanda karantin var. Həftə sonları evdə qalırıq və müəyyən şəhərlər tam izolyasiya olunub. Bu dövr şəxsi inkişaf, biznesə yenidən baxmaq üçün əla vaxtdır. Biz dövrdən daha effektiv istifadə etməliyik, istər biznes, istərsədə digər məsələlərinin inkişafı – həlli üçün. Bu zaman bizdə birdə olmayacaq. Tezliklə… tezliklə biz xəstəlikdən xilas olaceyik.

Bilirsizdə, heç bir xəstəlik insanlıqdan güclü ola bilmir. Normaldır. İnsan qarşısında bütün xəstəliklər acizdir. Video blogda Puşkinin karantində etdikləri barədə və ümumi virus dövründə danışdıq. Qısa, cəmi 3 dəgigə. Səndə vaxtın olsa Puşkinin Boldino dövrünü araşdıra bilərsən. Şairin yazdığı şeirləri, sevgilisinə məktubu. Hər şey çox bənzərdir. Bir fərqimiz odur ki, o vaxt Facebook yox imi…

Hesab edirəm ki, istər Azərbaycanımız, istər ümumüz, istərsədə cəmiyyətə faydalı olmaq istəyiriksə biz mütləq aktiv şəkildə özümüzün üzərində çalışmalıyıq. Bununla daha güclü ölkə və daha güclü şəxsiyyət ola bilərik. Ölkəni düşünürsən, özünü – biznesini düzgün qur. Hər şey əla olacaq.

ƏLAVƏ VİDEOLAR ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close