image_pdfimage_print

Bugün butün dünyanın narahat edən koronavirus və ümumiyyətlə sağlamlıq mövzularıdır. Biznes intervyular rubrikasının bugün ki, qonağı həkim – biznesmen, Herba Flora şirkətinin təsisçisi Fizuli Huseynovdur. İntervyuda aşağıdakı mövzular barədə ətraflı söhbətlər etdik.

İlk əvvəl deyim ki, mənim üçün video blog çox böyük bir xobbidir. Həyatımın qeyri-biznes və qeyri-ailə hissəsində blogun böyük rolu var. Məni daha xoşbəxt edir və inandırıram ki, Fizuli Huseynov kimi biznes adamlarını Sizlərə tanış etdikcə həyat missiyamın doğru yerə getdiyindən əmin oluram. Hər birimiz həyatda biznesdən, gördüyümüz işdən başqa nələrisə etməliyik. Ən azı, gecə yatanda özümüzə hesabat vermək üçün. Video blog mənim üçün, İlkin Manafov üçün məhz budur.

Fizuli Huseynov biznesmen olaraq Herba Flora şirkətinin təsisçisi kimi öz biznes təcrübəsi, sağlam qidalanma, biznes qurulma prosesində çəkdiyi əziyyətlərdən danışır. İlk dövrlərdə necə özləri gedib bir-bir bitki yığmaqlarından, dərmanları tramvayla belə aparmaq üçün pul olmadığından söhbət edir. Video blog biznesi qurmaq istəyən dostlarımız çox faydalı ola bilər.

Ümumiyyətlə Herba Flora şirkətini mən ən azı, 1o ildir tanıyıram və biznesə necə ciddi yanaşdıqlarını görürəm. Həmçinin Fizuli həkim, şərikli bizneslər barədə çox faydalı məlumatlar verdi. Bunuda mütləq diqqət edin. Azərbaycanda belə bir səhv düşüncə var ki, şərikli biznes çətindir. Əslində isə şərikli biznes ilk dövrlərdə çox vacib və məncə olmazsa-olmazlardandır.

Digər videolar üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz.

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close