Posts By Ilkin

Həyatımızda ən faydalı və dəyərli müəllim – təcrübədir. Məhz təcrübə bizə, sözün əsl mənasında həyat dərsi verir. Təcrübə çox bahadır, amma baha olduğu qədərdə unudulmaz və dəyərlidir. Biz blogumuzda təcrübə barədə danışmaq istəyirik. Hansı biliyə və ya peşəya yiyələnmək üçün ən vacib element təcrübədir. Fikirlərimizi izah edək.

Hansısa mövzuda, kiməsə məsləhət vermək istəyirsənsə, ilk əvvəl özümüzdən başlamağımız lazımdır. Özün edə bilmirsənsə, başqası heç edə bilməz və ya sənin inanmaz. Nəyisə kiməsə, inandırmaq üçün ilk əvvəl özün sözü gedən tezisə inanmalısan. Necə? Çox sadə özün test etməlisən. Məhz buna görə biz blogda bəzən Sizinlə ürəklə danışa bilirik. Biz burada yalnız etdiklərimizi deyirik. Səhv və ya düz. Özümüz etdiyimizi Sizə danışırıq. Blogda olan videoda deyilən tezisi misallarla sübut etmək istəyirəm.

Əziz oxucu, marketinq heç bir şəkildə müstəqil, biznes hədəflər olmadan fəaliyyət göstərə bilməz. Marketinq biznes hədəflərinə xidmət edir, onları inkişaf etdirmək, biznesin çiçəklənməsinə xidmət edir – etməlidir. Müəllif, blogda 21-ci əsrin marketinqi barədə fikirlərini bölüşür.

Pərakəndə ticarət yer seçimi son dərəcə əhəmiyyətlidir. Əminəm ki, bunu Siz bilirsiniz və bizim bloglardada biz bu haqda dəfələrlə söhbət etmişik. Bu videoda biz, yer seçimi zaman diqqət ediləcək ən vacib məsələ – seqmentasiya barədə söhbət edəcəyik. Daha doğrusu biz deyəcək ki, yer seçimində əsas amil, təklif ediləcək məhsulun (xidmətin) səviyyəsinə uyğunluq çox vacibdir.

Əziz oxucu, bugünlərdə Azərbaycan Dövlət İqtisad Universiteti üçün imtahan biletləri hazırlayırdım. Bilirsiniz, bu Ali məktəbdə mən, mühazirələr oxuyuram – Marketinq Strateqiyasından. Bir şeyə diqqət etdim… diqqət etdim ki, mənim artıq 4 il ərzində dediyim eyni fənn olsada, hər il yeni mühazirə hazırlamağa məcburam. Bilirsiniz niyə?!

Əziz oxucu, kiməsə məsləhət vermək və ya nesə danışmaq üçün mütləq və mütləq danışdığını ilk əvvəl özün etməlisən və ya danışdığına özün inanmalısan. Mən hər zaman, bizimlə işləyən dostlara deyirəm ki, əgər Sizin evinizdə mətbəx mebeli Mutfakçı deyilsə… deməli sən heç vaxt bizim mətbəxləri ürəklə sata (istehsal edə, qurlaşdıra və ya daşıya) bilməzsən. Özün inanmırsansa, başqasına necə tövsiyyə edəsən. İstəyirəm fikirlərimi videoda danışdığım bir əhvalatla Sizlərə deyim…

Sizlərdə bildiyi kimi, may ayının 25-26-da ölkəmizdə ən böyük biznes tədbiri olan Milli Marketinq Forumu keçiriləcək. Biletlər işıq sürəti ilə satılır və biz çox inanırıq ki, super forum olacaq. Forum ərəfəsində istəyirəm özümün əsas baza ixtisasım olan – marketinq və ya müasir marketinqin biznesdə rolu barədə danışmaq istəyirəm. Beləliklə müasir marketinqin biznes rolu nədir?

Əziz oxucu, həyatımızda çoxlu sayda istifadə edilməyən imkanlar var. Biz bu imkanlar üçün, bir çox zəhməti çəkmişik, bir növ deyilənlərin əvəzini vermişik, amma və lakin istifadə etmirik. Bu çox pisdir. Blogumuzda hər dəfə Azərbaycan Dövlət İqtisad Universitetində danışdığım lətifəni danışmaq istəyirəm. Buyurun…

Əziz oxucularımız, 25-26 may, Azərbaycanda keçirilən ən effektiv biznes tədbir olan, Milli Marketinq Forumu 6-cı dəfə keçirilir. Bu il, xüsusi forum olacaq, çünki məhz bu il biz Milli Marketinq Forumunu Cümhuriyyət Gününə həsr etmişik. Bütün gücümüzlə Forumun mükəmməl olmasını istəyirik. Biletlər əldə etmək üçün, aşağıdakı linklərdə məlumat ala bilərsən, amma əsas odur ki…

Əziz oxucu, ilk əvvəl istəyirəm Sizdən üzr istəyəm... biz bu aralar blogumuzu daha çox video formatda aparırıq və buraya YouTube kanalımızda keçidlər qoymuruq. Mən çox inanıram ki, Siz həqiqətəndə məni YouTube-də izləyirsiz və video bloglarımıza baxırsınız. Amma yenədə düşündüm bloglarımız burdada olsun. Çox zaman Sİzlərdən belə bir söz eşidirsiniz: "filankəsin bəxti gətirirdi", "Mənim ki, gətirmir", "Bəxtim olsaydı..." və s. biz…

Əziz oxucu, həyatımızda mövcud olan, bizə həzz verən və ya bizi daha yaxşı edən hər şeyin bir bədəli vardır. Başqa sözlə desək, gördüyümüz işlərdə, qazandıqlarımızda itirdiklərimizdə olur. Heç bir uğur itkisiz olmur və biz bilməliyik ki, itirdiklərimiz qazandıqlarımızda çox deyil ki?! Məhz sözü gedən sual barədə video blog hazırlamışıq. Buyurun.

Əziz oxucu, biz düşünürük ki, insanlar yalnız etmədikləri, atmadıqları addımlara görə peşiman olurlar. Etməyib peşmançılıq çəkməkdənsə, edib peşman olmaq daha yaxşıdır. Məhz bu məntiqlə biznes adamları inkişaf edə bilər. Etmək, hər zaman düşünməyin önündə olun. Bilirsiniz niyə?

Close