Posts By Ilkin

Hər keçən cəmiyyətimiz, ölkəmiz və əlbəttə ki, planetimiz dəyişir. Bu dəyişikliklər butün sahədə olduğu kimi, biznesdədə özünü göstətməyə bilməz. Göstərirdə. Bugün istər biznes, istərsədə marketinq yeni eraya keçir və bu erada heç bir şəkildə Porterlərin, Kotlerlərin və ya Trautların bizə öyrətdikləri aktual deyil. Müasir biznes yeni modellər üzərində inkişaf edir. Bunlar hansılardır?

Bayramlar bizim işə motivasiyamızı artırır. Bilirsiniz ki, biznesdə ən vacib amil həvəs və ruhdur. Bu iki amil üçün Bayramlar, korporativ tədbirlərin çox böyük əhəmiyyəti var. Biz hesab edirik ki, Yeni il, sadəcə kalendar ili kimi deyil, həmçinin yaxşı Bayram keçirmə imkanları yaradır.

Moskvanın ən sevdiyim yerləri siyahısında Polyanka metrosunun çox yaxınlığında olan kitab mağazasıdır. Bu mağazada həm mənim cavanlığımı xatırladır, həm ümumi olaraq məndə çox xoş hisslər yaradır. Bu dəfədə Moskvaya gedəndə bu mağaza üçün vaxt ayırdım və mağazanın timsalında müştəri davranışlarında olan dəyişiklər barədə Sizlərə məlumat vermək istəyirəm. Beləliklə…

İstənilən böyük biznes start verildiyi zaman risklərinin minimallaşdırılması barədə söhbət gedə bilməz. Biznes admaı arxasınca körpüləri yandırıb, irəli gedən insandır. Burada heç bir planlaşdırmadan söhbət gedə bilməz. Daha konkret desək biznes rəhbərinin iki statusu olur:

  1. Biznesi sıfırdan quranlar. Yəni metafora ilə desək, qar topunu yaradan insanlar.
  2. Mövcud biznesi inkişaf etdirənlər. Bunlar mövcud qar topunu daha böyük etmək istəyirlər.

Video blogda sözü gedən məsələ barədə fikirlərimizi bölüşürük. Beləliklə… biznes quranlar barədə.

Zaman dəyişdiyi kimi, ənənəvi düşüncə özünü, yeniləyir – modern olur. Marketinqdədə belədir. Nəzərə alsaq ki, marketinq müştəriləri – insanlara başa düşmək qabiliyyətidir, deməli insanlar dəyişdikcə, marketinqə olan yanaşmalarda dəyişməlidir. Bugünün marketinqi necədir? Özündə hansı istiqamətləri birləşdirir? Bu suallara cavab tapmaq üçün fikirlərimizi video formatında təqdim edirik.

Bu yaxınlarda eşitdiyim çox maraqlı bir söz var: “Hədəfə çatmaq üçün, yolunu dəyişmədən hərəkət etmək lazımdır…” mən bu fikirlə tam razıyam. Həqiqətəndə belədir. İstər biznes, istərsədə şəxsi həyatımızda inkişaf etmək, nəyəsə nail olmaq üçün ilk vacib olan element yorulmadan işləməkdir. Məhz bu zaman biz sistemli nəticələr əldə edə bilərik. Ətraflı video blogumuzda.

Biznesin inkişaf etdirilməsi üçün kreditə ehtiyyac varmı? Ümumiyyətlə kreditlə biznes qurmaq düzgündürmü? Blogumuzun vaxtı az olan oxucularımız üçün sözümü əvvəlcədən deyim – Biz hesab edirik ki, biznes öz yağında bişməlidir və əlavədən gələn pul biznes adamı, istərsədə biznesin özü üçün ziyandır. Daha ətraflı məlumat üçün, buyurun, videomuza axıra qədər baxın.

Çox zaman, biznes adamları Azərbaycanımızda sözün düzgün olmayan və ya tez-tez yalan danışan adamlar kimi xarakterizə edirlər. Əlbəttə ki, bunun bir neçə subyektiv, ölkəmiz üçün xarakterik olan səbəbləri var. Biz 70 il ərzində, Sovet İttifaqının tərkibində olduğumuz zaman, biznesə müftəkirlik kimi baxırdıq. Bu Sovet psixoloqiyası hələdə bizdə qalmaqdadır. Həmçinin bazar iqtisadiyyatının ilk dövrlərində həqiqətəndə ölkədə çox saylı spikulyativ əməllər baş vermişdir. Bəs bugün? Bugün biznes adamının əsas silahı nədir?

Biznesdə gələcək barədə düzgün proqnoz vermək çox vacibdir. Bunu edən şirkətlər əlbəttə, rəqiblərindən bir çox istiqamətlər üzrə öndə olurlar. Bəs Siz bunu necə əldə etmək olar? Biz hesab edirik ki, gələcək haqqında verilə biləcək ən düzgün proqnoz onu yaratmaqdır. Necə? Bu barədə video blogumuzda baxa bilərsiniz.

Müasir biznes sadə düstur üzərində inkişaf edir – Verməsən, ala bilməzsən. Başqa sözlə desək, ver ki, alasan. Məhz bu düşüncə müasir biznes adamını düzgün formada inkişaf etdirə bilər. Video blogda sözü gedən mövzu barədə fikirlərimizi, Sizinlə paylaşmışıq. Niyə biznesdə, vermədən almaq olmur?

Həyatımızın çətinliyi, stresi əslində elə biz insanlar, özümüz tərəfindən yaradılır. Baxış bucağı və ya hansısa məsələyə baxış bucağı, bir-başa olaraq biznesin istiqamətini göstərir. Yalnız biznes deyil, həyatımızın baxış bucağını göstərir. Video blogumuzda həyatımızı sadələşdirmək üçün nələri etməliyik, istiqamətində video blogumuzu Sizlərə təqdim edirik.

Biznesdə ən vacib dəyər – müştəridir və istənilən biznes adamının ən vacib suallı müştərinin nə istədiyidir. Bu sualla cavab tapan biznes adamı tezliklə öz işində uğurlu olacaqdır. Bəs Sizcə müasir müştəri nə düşünür? Video blogda sözü gedən məsələ ilə bağlı fikirlərimizi paylaşmışıq.

Close