image_pdfimage_print

Deməli belə bizim bloqun əsas oxucuları Azərbaycanda biznesin inkişaf etməsini istəyən marketinq düşüncəli adamlardır. Mən məsələyə “Bizim bloq kimin üçündür” prizmasında deyil, bu bloqu “kimlər oxumasın”, prizmasından baxmaq istəyirəm. Bizim bloq kimin üçün deyil (hansı tip adamların yeri deyil)?

  • Hər şey bilənlərin bizim bloqda yeri yoxdur (bu bloqu oxumaqla vaxtlarını itirməsinlər);
  • Məsələlərə neqativ yanaşan adamların bizim bloqda yeri yoxdur (biz pozitiv adamlarıq və mənfi enerjini ətrafımızda görmək istəmirik);
  • Uzun-uzadı yazılar oxumaq istəyən, ciddi-ciddi nəzəriyyəçi düşüncə axtaran adamların bizim bloqda yeri yoxdur (bizim bloqda yalnız praktika var, biz qalın kitablardan köçürtmürük və yalnız etdiklərimizdən danışırıq);
  • Marketinqə “sehrli çubuq” kimi baxan, böyük biznesmenlərinin uğurunu təsadüfi hesab edən adamların bizim bloqda yeri yoxdur (biz sehrbaz və ya falçı deyilik);
  • Xırdaçılıqla məşğul olan adamların və dilçilərin yeri deyil (Biz bloqda öz fikirlərimizlə paylaşırıq və bəzən bu fikirləri paylaşanda qrammatik səhvlərlə yazırıq, bağışlayın biz bu səhvləri düzəltməyə çalışırıq, lakin Sizin üçün düzgün yazı vacibdirsə… mən bunu söz verə bilmərəm)
  • Azərbaycan dilində oxumağı sevməyənlərin yeri deyil, amma yenədə qrammatik səhvlər ediriksə, bağışlayın, bu dilimizi sevmədiyimiz üçün deyil, sadəcə yaxşı (düzgün) yazmağı bilmirəm, hələ bilmirəm. (bizim bloq sırf Azərbaycan dilli adamlar üçündür, biz öz dilimizi sevirik);

Dostlar əgər Siz yuxarıda qeyd edilən kateqoriyalı şəxslərdən deyilsinizsə, buyurun!

Mənim Sizdən bir xahişim var, əgər bloqda yazılan hansısa informasiya Sizin xoşunuza gəlirsə bunu sosial şəbəkələrdə bölüşün, əgər gəlmirsə yenədə paylaşın, konstruktiv tənqidə həmeşə açığıq! (əvvəlcədən çox sağ olun)

Close