Category Archives Araşdırma

Yaxın dostların bildiyi kimi, mən holland rəssəmlarınını əsasəndə Rembrandt, Van Gogh və Yan Stenin əsərlərini çox sevirəm. Nəyin ki, sevirəm, bəyənirəm bu əsərlərdən ibrət alıram, öyrənirəm. Əziz oxucu, bu yazıda icazə versəniz məhşur holland rəssəmlarının əsərlərində biznes-marketinq elementləri barədə fikirlərimi Sizinlə paylaşardım.

Əziz dostlar, istənilən işlə məşğul olmağın iki yolu var: ya sən bu işi professional formada görürsən, ya da sən həvəskər olaraq bu işlə məşğul olursan. Eyni işi hər iki formada görməklə qısamüddətli zamanda uğur qazanmaq olar. Amma əgər biz nədəsə daimi və uzunmüddətli uğur qazanmağı düşünürüksə, mütləq və mütləq professional formada məşğul olmaq şərtdir. Necə deyərlər gücünü parçalaq heç vaxt xeyr vermir.

Çox sevindirici haldır ki, Sizin oxuduğunuz bu bloq, ana dilimizdə ən çox oxunan və ən böyük həcmi olan biznes bloqdur. Başqa sözlə desək, www.ilkinmanafov.com bloqu qədər ana dilimizdə bloq-postu olan ikinci bir sayt yoxdur (!). Əlbəttə, bu məni bir müəllif kimi çox sevindirir. Kimi sevindirməz!? Sənin gördüyün iş birinci yerdədir. Buna baxmayaraq biz açıq şəkildə “boynumuza alırıq” ki, biz professional bloqer deyilik. Biz sadəcə düşündüyümüzü Sizlərə bölüşürük. Həvəsimiz olanda… AMMA bizim Azərbaycanda əsl bloqer hesab etdiyimiz bəzi şəxslər var ki, mən bu yazıda dediklərimiz bloqerlərin siyahısını vermək istəyirəm. Beləliklə… İlkin Manafovun sosial şəbəkələrdə tövsiyyə etdiyi TOP5 mikro-bloqer kimdir!?

Əziz oxucu, əminəm ki, Sizdə mənimlə razılaşarsınız ki, musiqi ruhun qidasıdır. İnsanın yemək, su, yuxu və s. kimi ehtiyyacları ilə yanaşı musiqi ehtiyyacıda var. Mən bu yazıda Sizlərə bəyəndiyim TOP5 musiqini təqdim edəcəm. Bu musiqəri dinləməyi Sizlərə tövsiyyə edirəm.

Əziz oxucu, mən qısa fikirlərimi daim Twitter vasitəsi ilə Sizlərə çatdırmaq istəyirəm. Bilirəm ki, bu yazıları bloqumuzun dəyərli oxucuları tam izləyə bilmir. Buna görə də istəyirəm 2015-ci il ərzində dərc etdirdiyim “seçmə” yazıları Sizinlə paylaşım.

Əziz oxucu, bilirəm ki, Siz hər gün bizim bloqa girib yeni, faydalı məlumatlar almaq istəyirsiniz. Bu çox təbiidir, məndə Sizin yerinizə olsa, eyni şeyi istəyərəm. Amma biz bir məsələ də konkret razılağa gəlməliyik – Mən bu bloqda yalnız və yalnız əmin olduğum, şəxsi təcrübəmdə yaşadıqlarım barədə yazıram (yazacam). Ola bilər ki, bu Sizi qane etmir, ola bilər ki, Siz daha fərqli məlumatlar əldə etmək istəyirsiniz… AMMA sözümüz sözdür  – Mən yalnız yaşadığım məsələlər barədə bloqda yazıram. Bugün isə, mən bu yazı ilə bloqumuzda bir yeniliyə imza atıram. Beləki… bugündən sonra mənim gündəlik həyatımda marketinq, bizneslə bağlı yaşadığım maraqlı epizodlar barədə Sizinlə söhbət edəcəm. Beləliklə birinci epizodumuz – Çayın qiymətinin 35 manat olması kimə xeyrdir?

Bugün yaxın dostlarımız dəvəti ilə ölkəmizdə keçirilən son dərəcə maraqlı aktivliklərdən biri olan #14sual bağlanış tədbirində iştirak edirdim. Tədbir son dərəcə maraqlı oldu… həm yeni adamlarla tanışlıq, həm mükəmməl gitara ifası, həmdə ümumi konsept çox xoşuma gəldi. Orada mənədə söz verdilər və məndən soruşdular ki, “Necə olur ki, belə ardıcıl şəkildə bloq fəaliyyəti ilə məşğul ola bilirsiniz?!” Mən orda buna düşündüyüm qədər sadə cavab verdim, istəyirəm bu bloq postda Sizə bloqun mənim üçün niyə prioritet olduğu barədə söhbət edim. Maraqlı osla oxuyarsınız.

Bugünlərdə Yapı Kredi Bankda olan dostlarımız son dərəcə maraqlı və ölkə marketinqinin inkişafına xidmət edən bir aksiyaya start veriblər. Ölkənin ən böyük marketinq platforması olan Marketinq Azərbaycan Qrupunun üzvləri üçün xüsusi sual verilib və sualı düzgün cavab verən 4 nəfər Yapı Kredi Bank tərəfindən təşkil edilən WORLD Marketinq Gününə özəl dəvətnamə qazanacaq. Müsabiqə şərtlərinə görə “Niyə sadiqlik proqramı” suallına cavab vermiş şəxslər jurilər tərəfindən seçiləcək. Bu super bir hadisədir və bankda olan dostlarımızı (bu arada onların içərisində Marketinq AİR məzunu olanları xüsusi ilə) təbrik edir, ölkə Marketinqin göstərdikləri dəstəyi görə çox sağ ol deyirəm. Juri olduğum üçün “sadiqlik proqramı” haqqında çoxtan “boğazımda ilişmiş” fikirlərimi dəyərli bloq oxucuları ilə paylaşmaq istəyirəm. Beləliklə, mən düşünürəm ki, sadiqlik proqramları olsada, sadiq müştəri…

XXI əsrdə YOXDUR və ancaq bunu nağıllarda görmək olar!

Bugünlərdə Marketinq Azərbaycan qrupunda marketinq, reklam, brendinq haqqında çox maraqlı müzakirələr, öyrədici mövzular olur. Düşünürəm ki, belə bir qrupun mövcud olması ölkəmizdə marketinqin inkişafına son dərəcə böyük tövhə verir (verəcək!). Belə müzakirələrin birində qrupda belə bir sual qoyulmuşdu: “Müştəri ilə danışmaq üçün hansı reklam (kommunikasiya) elementləri təsirlidir?” (təxminən belə bir şey). Əslində çox maraqlı sualdır… mən bu suallı əsas alaraq marketinq haqqında hamının bilməsi 100% olan cəmi 3 sadə həqiqət barədə fikirlərimi bölüşəcəm. Maraqlı olsa oxuyarsınız, yaxşı?)

Marketinq dedikdə ilk ağla gələn terminlərdən biridə məhz seqmentasiyadır. İstənilən marketinq aktivliyi bir mənalı şəkildə düzgün təyin edilmiş seqmentasiyadan başladığınıda bloq oxucuları yaxşı bilirlər. Mən bu yazıda Sizlərlə iqtisadi seqmentasiyanın marketinq strateqiyası hazırlanması prosesində səhv nəticələri barədə fikirlərimi paylaşmaq istəyirəm.

Dünən Almanlar dördüncü dəfə futbol üzrə dünya çempionu oldular… bugün Almaniyada almanlar bir daha özlərini dünyanın “ən yaxşı” milləti hesab edirlər. Ümumiyyətlə almanlarda aşırı dərəcədə millətçilik hissi var və bəlkədə bu hisslərə görə bugün onlar millət olaraq “əllərini qoyduqları” yerdən qalib çıxırlar. Bəs Sizcə biz (Azərbaycanlılar) almanlardan nələri götürə bilər? Necə edə bilərik ki, bizdə dünya çempionu olmasaqda heç olmasa dünyada olan çempionatlarda olaq?

Close