Category Archives Araşdırma

Marketinq dedikdə ilk ağla gələn terminlərdən biridə məhz seqmentasiyadır. İstənilən marketinq aktivliyi bir mənalı şəkildə düzgün təyin edilmiş seqmentasiyadan başladığınıda bloq oxucuları yaxşı bilirlər. Mən bu yazıda Sizlərlə iqtisadi seqmentasiyanın marketinq strateqiyası hazırlanması prosesində səhv nəticələri barədə fikirlərimi paylaşmaq istəyirəm.

Dünən Almanlar dördüncü dəfə futbol üzrə dünya çempionu oldular… bugün Almaniyada almanlar bir daha özlərini dünyanın “ən yaxşı” milləti hesab edirlər. Ümumiyyətlə almanlarda aşırı dərəcədə millətçilik hissi var və bəlkədə bu hisslərə görə bugün onlar millət olaraq “əllərini qoyduqları” yerdən qalib çıxırlar. Bəs Sizcə biz (Azərbaycanlılar) almanlardan nələri götürə bilər? Necə edə bilərik ki, bizdə dünya çempionu olmasaqda heç olmasa dünyada olan çempionatlarda olaq?

Marketinq sözünün araşdırma ilə eyniləşdirməni və ya araşdırmanın marketinqin əsas hissəsi hesab edənləri heç bir şəkildə qəbul edə bilmirəm. Bu sırf nəzəriyyəçi yanaşmasıdır, məncə. Muasir marketinq yenilikçiliyin, operativliyin, müştərinin gözləmədiyi üstünlüklərin emosional formada təqdim edilməsinin üzərində qurulur və düşünürəm ki, marketinqin gələcəyi seqmentasiya prosesini fərdlər səviyyəsinə çatdırmaqdadır. Bəs araşdırma? Araşdırmanın marketinqdə rolu və əhəmiyyəti nədir?

Dünən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK və ya ВАК) mənə axır ki, PhD və ya Fəlsəfə Elmləri dokturu adını verdi, keçmiş sistemlə İqtisad Elmləri Namizədi adını rəsmi şəkildə diplomla təsdiq etdi. Sağ olsunlar. Dissertasiyamızı təxminən bir il bundan əvvəl etsəkdə (işimiz isə 2 il əvvəl müdafiyə edilsədə…), diplomumuzu indi aldıq, amma yənədə əlbəttə, çox sevinirəm. Bir növ diplom bizim yazdığımız dissertasiya mövzusunu rəsmi şəkildə təsdiqləyir, bir növ biz rəsmi şəkildə “alim” hesab edilirik və s. Mən bugünə qədər alimlik dissertasiya mövzum və PhD olmaq haqqında Sizinlə fikirlərimi heeeç bölüşməmişdim. Bu yazıda istədim “alimlik”, “akademik karyera”, “Fəlsəfə dokturu” haqqında olan fikirlərimi Sizinlə müzakirə edim. Vaxtınız olsa mütləq oxuyun.

Necə ki, həkimə getdiyimiz zaman hər şey diaqnozdan başlayır, eləcədə biznesdə hansısa məsələnin həlli düzgün qoyulan diaqnozdan sonra təyin edilə bilər. Təyin edilməlidir. Çox maraqlıdır… bu qədər sadə və hamı tərəfindən başa düşülən həqiqətlər bəzən bir çox marketinq kampaniyalarında yaddan çıxır və ya hansısa biznes gərarı tamamiylə diaqnoz qoyulmadan icra edilir. Əlbəttə, bu yolla biz doğru gərarlar verə bilmərik.

Yazını ən güclü CEO-lardan hesab edilən Cek Ueeliçin (John Francis «Jack» Welch) sözləri ilə başlamaq istəyirəm:

Biznesdə güclü strateqiya hazırlamağın yeganə yolu, uzunmüddətli rəqabət üstünlüyü və liderlik yaratmaq üçün atılan addımlardan keçir. Yalnız lider ola biləcəyiniz bazarlarda fəaliyyət göstərin.

Biz yazı çərçivəsində GE şirkətinin dahi rəhbərinin dediyi fikirləri təhlil edəcəyik. İlk əvvəl bir çox biznes ədəbiyyatlarda olan bir əfsanəni (reallıq olub-olmadığını bilmirəm), Sizlərə danışmaq istəyirəm.

16 mart, IB Club və Gəncə İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən IB məclisdə çıxışımız olacaq. Butün dostlarımızı Azərbaycan Gəncliyinin ən güclü motivasiya elementi olan IB Məclisə dəvət edirəm. Söz verirəm – mükəmməl olacaq!

Daha əvvəl mənim IB məclisdə bir dəfə çıxış etmişdim…(videonu görürsüz) Sizə səmimi deyim, mən bu məclisdə iştirakçılarla tam səmimiyyət etdim. Onlarla “mənim qızıl 10luğum” barədə danışdım. Biznesdə, marketinqdə, karyerada qızıl hesab etdiyim 10 vacib dəyəri dostlarımızla bölüşdüm. Bu dəfə mən ilk dəfə Sizlərlə həyatımı taaaam dəyişən 3 hadisə barədə danışacam.

Bu yaxınlarda Kamran Həsənlinin Space kanalında apardığı “Sizin Saat” verilişinin qonağı edim, daha doğrusu qonaq olaraq çağrılmışdım… lakin verilişin gedişatı əsasında hiss etdim ki, mən heçdə “sevilən” qonaq deyiləm. Bu haqda Sizinlə söhbət etmək istəyirəm.

Yaxın dostlar bilir ki, hal-hazırda iki Ali məktəbdə (İqtisad Universiteti və Turizm İnstitutu) marketinq və strateji idarəetmə istiqamətləri üzrə mühazirələr deyirəm… mühazirə deyirəm deyəndə, azdan-çoxdan bildiklərimi paylaşıram, həmdə özüm öyrənirəm. Bunu niyə edirəm? – çünki düşünürəm ki, ali məktəbdə mühazirə demək mənim üçün hansısa mənada sosial məsuliyyətdir. Amma Sizə səmimi deyim, 3 gün bundan əvvəl olan iki hadisə nəticəsində Ali məktəblərdə işləməkdən daha çox mənəvi həzz almağa başlamışam. İstər Turizmdə, istərsədə İqtisadda gördüklərim Azərbaycan gəncliyinin necə müsbət ruhda inkişaf etdiyini hiss etdirdi. Sizə düşündüklərimi nəql edirəm, əminəm ki, Sizin üçündə sevindirici olacaq.

Daha əvvəl AİR-çilərlə söhbət etdiyimiz kimi, biz axır ki, istədiyimizə nail ola bildik. Beləliklə 12 fevralda hər birinizi HR brendinq və insan resurslarından bəhs edən, son dərəcə maraqlı bir filmin baxışına dəvət edirik. Yalnız AİR-çilər və tamamiylə ödənişsiz olaraq.

Bu arada bizdə Azərbaycandada artıq kadrların biznesdə rolunu başa düşən şirkətlər var. Məsələn, bizim yaxın dostumuz Emin Vəliyevin bu il 20 nəfər işçisi ilə birlikdə videoda gördüyünüz istirahəti bunun bariz nümunəsidir. Bilməyənlər üçün söhbətin Uptime reklam şirkətindən getdiyini deyim, elə videodada Uptime şirkətinin xarici istirahəti göstərilir… Sağ ol, Emin qardaş!!! Hesab edirik ki, AİRçilərlə yeni kinoya baxdıqdan sonra bu istiqamətdə olan düşüncələrimiz daha sistematik olacaq.

Muasir dövrdə informasiya bizə lazım olandan “qat-qat” çoxdur. İnformasiya çoxluğu nəyin ki, bizim vaxtımızı alır, həmçinin bizim verdiyimiz gərarları səhv, bizə lazım olmayan istiqamətlərə aparır. Amma bununla yanaşı lazımlı informasiyaya sahib olmaq biznesdə ən vacib və təsirli silahdır. Bu silahdan düzgün istifadə edənlər daha irəli gedir, istifadə edə bilməyənlər isə “başlarını itirirlər”. Bu yazıda informasiyanın silaha çevirmənin 3 üsulundan danışmaq istəyirəm.

Close