Category Archives Araşdırma

Hərdən bizim çox gözəl dövrdə yaşadığımızı dostlarımıza deyirəm. Düşünün… planşetlər, mobil telefonlar, internet, kabel televiziyaları və s. və ilaxir. Bəlkə, həyatımızda gözlənilən mükəmməl gələcək artıq gəlib?! Bugün insan daha rahat yaşayır, bugün informasiyanın yayılma sürəti son dərəcə yüksəkdir, bugün insanoğlu azqala hər şey haqqında anında xəbər tutur… və s. Lakin son dövrlər mən istər iş həyatımda, istərsədə gündəlik müşahidələrimdən bir məsələnin günlər getdikcə dahada aktuallaşdığını hiss edirəm. Bizim həyatımız nə qədər yaxşılaşsada, biz bir o qədər keçmişi xatırlayıb, onun daha gözəl olduğuna inanırıq. İnsanların nostalqiyaya ehtiyyacı var və bu marketoloqlar, brend-menecerlər qarşısında mükəmməl imkanlar yaradır.

Bugün dostlarımızla Bayram günlərindən istifadə edərək söhbət edirdik. Ümumi olaraq hərə öz işindən, problemlərdən – uğurlardan danışırdı (bunu biz tez-tez edirik). Bu danışıqlarda bir xətt açıq şəkildə sezilirdi. Bizim hər birimizin danışığında sata bilməmək qorxusu var edi. Daha sonra məlum oldu ki, sata bilməmə qorxusu olmasa heç marketinqə eytiyac qalmır.

Son aylarda Azərbaycanlı dilli bloqlarda xeyli aktivlik hiss edilir. Bu çox yaxşıdır (bloq yazmaq haqqında daha əvvəl danışmışdıq). Bugün artıq azərbaycanlı dilində savadlı və məntiqli yazan biznes bloqerlərimizin, dostlarımızın sayı artır. Mən son vaxtlar yazılan butün biznes bloqları təhlil edərək öz subyektiv nəzər nöqtəmə görə oxunması vacib olan 5 TOP bloq yazısını Sizlərə təqdim etmək istəyirəm. Beləliklə başlayaq.

Marketinq Forumun birinci hissəsi artıq onlayn rejimində Marketinq TV baxa bilərsiniz. Mənim açılış niqtim başlayır. Sizə səmimi deyim, çox həyacanlı edim. Məncə hiss edilir. Videoda mənim çıxışım 12:35 dəqiqə olanda başlayır. Birinci panelimiz Marketinq araşdırmalarına həsr edilmişdir. Biz birinci paneli məhz araşdırma etməyimiz heçdə təsadüfi deyil. Araşdırma marketinqin ürəyidir. Əlbəttə bizdə istəyirik ki, Milli Marketinq forumu məhz araşdırma ilə başlasın.…

Mən hər zaman dostlarla söhbət etdikdə deyirəm ki, marketoloqun sektoru yoxdur. Başqa sözlə desək marketinqin baza prinsipləri sektorlardan asılı olmayaraq eynidir. Vacib deyil, Siz mebel sektorunda işləyirsiz və ya kosmik peyk vasitəsi ilə əldə edilən xidmət təklif edirsiz… marketinq müştərini başa düşmək qabiliyyətidir və marketinq tənqiddən qorxmalı deyil.

Mən son vaxtlar bir şeyin şahidi olmuşam: dünyada bizim biznesimizi, gündəlik işləri və təbii ki, həyatımızı rahatlaşdıran çox saylı funksialar var. Bu funksialar istifadəsiz qalmışdır. Siz təsəvvür edə bilirsinizmi, biz bəzi xırda funksiaları etməklə nə qədər rahat yaşaya bilərik?!

Bügün heç kim üçün sirr deyil ki, xidmət biznesin inkişafı üçün əsas şərtdir. Hər bir müştəri mağazaya gəldikdə (salona, dükana, super-giper-marketlərə… bir sözlə satış nöqtəsinə) mütləq qaydada xidmət tələb edir. Xidmətin növü, sayı, tərtibatı müştərinin ehtiyyacı qədər sonsuzdur… Bu yazıda mən hansı xidmətlərin müştəri üçün əlavə dəyər yaratdığı barədə danışacam.

Bu söhbət böyük müzakirə predmetidir… əslində məsələyə məntiqlə yanaşsaq görərik ki, Marketinq Direktorunun reklamla əlaqəli işi düzgün və ehtiyyacı olan Brifin verilməsidir. Digər bütün işlər reklam agentlikləri görməlidir, necə deyərlər hərənin öz “çörəyi” var. Mən bundan əminəm ki, “Marketinq Direktoru şirkətdə məcazi dildə desək, dirijor funksiyasını yetirir”. O konkret reklamın çəkilişində nəyin ki, konsept hazırlayan tərəf, heç iştirakçı tərəf belə olmalı deyil. Marketinq Direktorunun buna vaxtı yoxdur, çünki o daha strateji işlərlə məşğul olur (olmalıdır).

Sizcə nə olsa marketinq, brend idarəetmə “başsız atlı” kimi hara gedəcəyini bilmədən hərəkət edər? Biz bu yazıda bu sadə sual barədə fikirlərimizi bölüşəcəyik.

Close