Category Archives Biznes

Layihə idarəedilməsinin cari idarəetmə ilə əsas fərqi, layihənin hədəfinin, başlanğıc və son nöqtəsinin olmasıdır və bügün Azərbaycan şirkətlərində bu tip idarəetmə metoduna ciddi ehtiyyac vardır. Əslində layihələr bizim gündəlik həyatımızda daim iştirak edir və çox zaman biz heç özümüzdə istəmədən kiminsə apardığı layihənin iştirakçısı və ya layihəmizin meneceri (rəhbəri) oluruq. Siemens şirkətinin mərkəzi ofisində təcrübədə olduğum zaman (München, Almaniya) bir məsələ məni çox təəcübləndirdi: kommersiya blokuna aid bütün strukturlarda cari proseslər ümumi görülən işin cəmi 5-6% təşkil edirdi! Yerdə qalan iş yükü dəqiq olaraq layihələr üzrə bölüşdürülmüşdu. Mən bu yazıda Siemens-ə layihə idarəedilməsi prosesində əhəmiyyət verilən “qızıl üçlük” barədə Sizlərə ümumiləşdirilmiş məlumat verəcəm:

Son vaxtlar Türkiyədə tez-tez ezamiyyətlərdə oluram və bu ölkənin (qardaş ölkənin) iqtisadi cəhətdən gündən-günə necə inkişaf etdiyini görürəm. Maraqlı məqəm burasındadır ki, proses bütün iqtisadi sektorlar üzrə gedir, istər xidmət, istər istehsal, istərsədə pərakəndəçilikdə olan türk şirkətlərinin inkişaf templəri göz doldurur. Mən bu yazıda türk iqtisadiyyatının inkişaf səbəbləri haqda fikirlərimi Sizlərlə bölüşəcəm.

İstənilən biznes fəaliyyətdə strateqiya ən vacib məsələlərdən biridir. Hara qetdiyini, məqsədinin nə olduğunu bilməyən şirkət heç vaxt hədəfə çata bilməz. Lakin düzgün biznes fəaliyyəti üçün strateqiya heçdə uğurun əldə edilməsinin qarantı deyil. Ən üst səviyyədə hazırlanan strateqiya belə səhv icra nəticəsində uğursuz nəticələr verə bilər. Bu yazıda mən biznes strateqiyaların uyğulanmasının 3 əsas prinsipi barədə söhbət açacam.

Alman İqtisadiyyatının inkişaf templəri bügün Avropa ittifaqı ölkələri ilə müqayisədə (27 ölkə) iki dəfədən çoxdur. 2009-cu ildə bütün Avropanı bürüyən böhrandan Alman iqtisadiyyatı 3% artım ilə çıxdı. Maraqlı məqəm burasındadır ki, məhz böhrandan sonra bu ölkə öz iqtisadi gücünü dahada artırmağa başlamışdır. Bəs nədir bu iqtisadi əfsanənin sirri?! Bu yazıda mən Alman İqtisadiyyatı barədə danışacam.

Marketinqin biznesdə rolu hal-hazırda Azərbaycan şirkətlərində ən aktual müzakirə mövzularından biridir. Kimləri marketinq strukturunu kommunikasiyaları idarəedən struktur kimi, digərləri məhsul strateqiyasına cavabdeh olan struktur kimi, bəziləri ümumiyyətlə 4P prinsipi ilə işləməli olduğunu düşünür. Mən hesab edirəm ki, Marketinq departamenti ilə nəzəri Marketinq arasında bir fərq var. Bu yazıda mövzumuz praktik marketinqlə, nəzəri marketinqin fərqləri olacaq.

Artıq 4-cü ildir Gürcustana tez-tez işlə əlaqəli səfərlər edirəm və ildən-ilə bu ölkədə Azərbaycanlı biznesmenlər üçün münbit iş şəraitinin olduğunu hiss edirəm. Gürcustanın iqtisadi göstəriciləri bizim respublikadan xeyli geri qalsada bu ölkə Azərbaycan şirkətləri üçün beynalxalq səviyyədə inkişaf və xarici bazarlara çıxmaq üçün əlverişli “tramplin” funksiyasını daşıya bilər.

Təbii ki, hər bir insan heç olmasa həyatda bir dəfə öz biznesini açmaq haqda düşünür və əlbətdəki bunlardan yalnız bir qismi realda bunu edir. Forbes jurnalının dəstəyi ilə aparılan son araşdırmalara görə yer üzərində işləmə qabiliyyəti olan əhalinin 94% öz biznesinin açılması barədə düşünsədə, realda onların yalnız 6% bu işi həyata keçirir. Maraqlı məqam burasındadır ki, yeni açılan bizneslərin cəmi 15% rentabelli olur və 5 ildən çox fəaliyyət göstərir. Bəs nədir uğurlu biznesin sirri?!

Close