Category Archives Brendinq

Uğurlu marketinq strategiyasının əsası bir neçə vacib suala cavab tapmaqdan başlayır: kimə, nə, harada və s. “Kimə” sözünün əvvəldə olması təsadüfi deyil, çünki bu sualın cavabı olmadan, biznesdən danışmaq olmaz.

Çox zaman iş fəaliyyətimdə çox saylı şirkətlərin (brendlərin) brend-buk adlandırdığı kitabları görürəm. Kitab başdan-axıra qədər məhz loqonun müxtəlif reklam daşıyıcılarında istifadə qaydaları barədə nümünə şəkillərlə dolu olur. Məsələ burasındadır ki, realda göstərilən obrazların heç biri tətbiq edilmir. Brend-buk belə olmalıdırmı?! Bu yazıda mən brend-buk hazırlama üsulları barədə söhbət açacam.

Azərbaycan istehlakçısı məhsul (və ya xidmət) seçimində brend amilinə daha çox önəm verir. 2011-ci ildə AC Nielson şirkətinin Ukrayna, Rusiya, Türkiyə, Gürcustan və Azərbaycanda keçirdiyi müstəqil araşdırmalara görə bizim istehlakcılar alış prosesində brend  amilini birinci yer verirlər. Bügün Azərbaycan bazarında güclü şirkətlər belə brend idarəetməyə lazımı diqqəti ayırmırlar, nəticədə eyni keyfiyyət səviyyəli xarici məhsullar bazarda daha baha qiymətə təklif edilir. Milli brendlərin yaranması muasir biznesdə mübarizə aparmağın yeganə yolu kimi görünür.

Azərbaycanda yaradılan uğurlu brendlərin təcrübəsini təhlil etdikdən sonra, milli brend yaratmağın 3 vacib amildən asılı olduğunu görürük.

Bilirsiz biznes terminlər arasında ən çox tərifi olan söz – marketinqdir?! Məhz elə buna görədə marketinq anlayışını hərə bir cürə qəbul edir. Mən yazıda qısaca olaraq şirkətlərdə marketinqin 3 əsas funksiyası barədə danışacam, hesab edirəm ki yerdə qalan bütün funksiyalar marketinqə bir-başa aid deyil. Bu funksiyalar aşağıdakılardır:

Hamıya məlumdur ki, muasir dövrdə ətrafımızda baş verən dəyişikliklərin sürəti çox yüksəkdir. İstər müştərilərimizin davranışları, istər bizi müşahidə edən sosial faktorlar, istərsədə informasiya mübadiləsinin dəyişmə sürəti gündən-günə çoxalır. Şirkətlər rəqabət mübarizəsində qalib gəlmək və ya sadəcə mövqeylərinin qorunması üçün daim bazara yeniliklər təklif etməlidirlər. Lakin ən əsası bu yeniliklər yalnız yenilik olduğu üçün deyil, müştərilərin yeni ehtiyyaclarını təmin etmələri üçün bazara daxil olmalıdır. Bu yazıda mən öz təcrübəmdə yeni məhsulun yaranma alqoritmi barədə Sizlərə məlumat verəcəm.

Qiymət muasir dövrdə müştərilərin seçim prosesində əsas fikir verdikləri amillərin başında durur. Təbii olaraq qiymət dediyimiz müştərilərimiz üçün bir dəyər, sahibkar üçün isə mənfəət mənbəyi kimi baxılmalıdır. Bu baxımdan uğurlu qiymət qoyma siyasəti özündə müştəri və sahibkar ehtiyyaclarının balanslaşdırmasını təşkil etməlidir. Bu yazıda mən praktikada tətbiq edilən qiymətqoyma üsullarından danışacam:

Bu yaxında getdiyim ezamiyyetlərin birində Türkiyədə brendləşmə ilə məşğul bir şirkətin rəhbəri  ilə çox maraqlı bir hadisə başımıza gəldi. Birlikdə bir neçə reklam şirkəti ilə görüşdükdən sonra mənə belə bir fikir söhlədi: “İlkin, bu reklamçılarla görüşdükdən sonra mən bir daha əmin oldum ki, bu insanların bir məqsədi var, müştəriləri  gəliz kreativliyin, çətin anlaşılan terminlərin içərisində yaxşıca bişirmək sonrada büdcənin əlindən alıb Kreativ bir iş görmək. Vəssalam! Sənə lazımdır kreativ iş?!”

Close