Category Archives Brendinq

Dünəndə Sizə söz verdiyim kimi, bu bloq postda brend olmamaq üçün hansı addımların “mütləq” atılmaq lazım olduğundan danışmaq istəyirik. Əlbəttə, oxucularımızında bildiyi kimi, muasir dövrdə biznesin mənfəətli və uzunmüddətli fəaliyyət göstərməsi üçün mütləq qaydada brend amilinin üzərində ciddi işləmək lazımdır. Məsələyə əks tərəfdən yanaşaraq brend olmaq üçün deyil, brend olmamaq üçün nə etmək şərtdir?!

Əgər nəzərə alsaq ki, marketinq daim trendlər yaratmalı və ya bizim dilimizdə desək daim “Trend ovunda” olmalıdır, bugün ən yaxşı trend əlbəttə ki, FİFA2014 hesab edilməlidir. Bunu qlobal brendlər mükəmməl bilirlər, onlar nəyin ki, bilirlər, onlar bildiklərini mükəmməl tətbig edirlər. Belə brendlərdən biri – NİKE-ın təqdim etdiyi sonuncu konsepsiya həqiqətəndə marketinq şedevri hesab edilməlidir.

Ilk əvvəl qeyd edim ki, Nike brendi 2014 dünya çempionatına həqiqətəndə mükəmməl hazırlaşıb, rolikin çempionatın başlamasına 3 gün qalmış sosial şəbəkələrə çıxması, rolikin düzgün ssenarisi, rolikdə olan obrazların: alimin, futbolçuların hərəkətləri tam olaraq brendin muasir dünyanı nə qədər dərin başa düşdüyünü göstərir. Bunlardan öyrənəcək, çox şey var, əzizlərim!

Daha əvvəl biz bir neçə dəfə brendlərin insana çox bənzədiyi haqqında bəzi yazılar yazmışdıq. Əslində brendlər, insanlar kimi həyat tsıklina malikdir. İstənilən brend özünün: yaranmaq, inkişaf, durğunluq və tənəzzül dövrunu yaşayır. Amma burda bir məqam var: insanlardan fərqli olaraq brendlərin ikinci, üçüncü həyatları ola bilər. Gucci, Louis Vuitton, Coca-Cola və ya digər qlobal brendlərə baxsaq, aşkar şəkildə hiss edərik ki, güclü brendlər əslində bir vaxtlar tənəzzüldən yenidən inkişafa gedən yolu tapa biliblər. Bəs Sizcə brendlərin ömrünü uzatmaq üçün hansı alətlərdən istifadə etmək lazımdır?

Mən kinoya getməyi çox sevirəm. Burada həm rahat istirahət edə bilirəm, həmdə kinoteatrda mən rahat düşünə bilirəm. Bu mənə həzz verir. Dünəndə “bazar” günü olduğundan istifadə edib 28 Cinemada edim. Kino son dərəcə maraqlı edi. Zall demək olar ki, tam dolu edi. Düşündüm. Axı necə olur ki, eyni kinoya başqa kinoteatrlarda demək olar ki, 20% yer dolduğu zaman, 28 Cinemada anşlaq olur?! Nədir Sizcə bunun səbəbi? Mən bunun səbəbini kino gedə-gedə çox düşündüm və bu yazıda düşündüklərimi, əmin olduqlarımı Sizinlə paylaşmaq istəyirəm.

Bugün işdən sonra dünyanın ən tanınmış brendinq şirkətlərindən olan ingilis Saffron Brand şirkətinin nümanəndəsi ilə axşam yeməyi yedik. Əslində söhbət bir çox mövzularda olsada əsas məntiq məhz brendinq  mövzusunun üzərində edi. Həmsöhbətim çox maraqlı düşüncə tərzinə malik olduğundan söhbət Azərbaycanda güclü brend yaratma yollarından gedirdi. Bu söhbətlər zamanı bir məsələdən əmin oldum – brendinqdə demokratiya anlayışı işləmir. Bilirsiz niyə?!

Dünyada ən güclü və mükəmməl sistem qurmuş şirkətlər haqqında danışdığımız zaman, təbii ki, McDonalds burada özünə xas yeri var. Əlbəttə burda qeyri-adi heçnə yoxdur. Dünyaya FastFood məntiqini öyrədən şirkət mükəmməl və dəqiqliklə hazırlanmış biznes prosesləri hesabını gündən-günə dahada güclənir. Bəs Sizcə McDonalds sirləri nədədir?

Mobil internet bugün bizim həyatımızı, unsiyyət vasitəmizi tam dəyişmiş durumdadır. Özünüz düşünün, bugün insanlar GSM operatorlarının xidmətlərindən daha çox internet üçün istifadə edirlər. Bu təbiidir. Əminəm ki, çoxlarınız hansısa bir məlumatı SMS, telefon zəngi və ya Skype deyil, WhatsApp-a edirsiz. Amma dünyada bu sahədə daha rentabelli bir brend var. Bu brend Yapon mesendjer proqramı LİNE-dır. İki il ərzində brend 300 mln. auditoriyaya çatması ilə yanaşı 2013-cü ilin nəticələrinə görə 338 mln. dollar xalis gəlir əldə etmişdir. Müqayisə üçün deyim ki, WhatsApp illik mənfəəti cəmi 20 mln. olmuşdur. Bəs Sizcə LİNE brendinin uğuru nədədir? Necə olur ki, WhatsApp “yuxusunda” görmədiyi mənfəəti yapon brendi rahatlıqla əldə edir?! 

Reklamdanda göründüyü kimi, LİNE iddia edir ki, onun təklif etdiyi stikerlər vasitəsi ilə dünyada vahid və hamının rahat başa düşüləcəyi dil meydana gəlir. Heç kimə ingilis, alman və ya rus dili bilmək lazım deyil. Əvəzində LİNE stikerlərini başa düşün. Yetər. Yetərmi?!)

Bugün istər Azərbaycanda, istərsədə digər ölkələrdə sektorlarında lider olmuş brendlərin vahib “dərdi” var – mənfi tanıdılma. Brendlər bazarda lider olduqdan sonra müştərilər brend haqqında mənfi fikir yürütməyə başlayırlar. Bu təbiidir. Təbiidir, çünki insanlar hər zaman daha çox istifadə etdikləri brendlər haqqında şahələrə inanırlar. Coca-Cola brendi bu problemi aradan qaldırmaq üçün Türkiyyədə sosial şəbəkələr üzərində son dərəcə effektiv bir kampaniya həyata keçirib. #MerakEttim haştaqını istifadə edərək Cola bizə maraqlı məqamları göstərir.

Videodandan göründüyü kimi, YouTube vasitəsi ilə brend insanlara öz həqiqətlərini çatdırır. Maraqlı məqam burasındadır ki, Coca-Cola bu strateqiya ilə yalnız özünün əsas problemlərini daha inandırıcı və səmimi formada çatıdırır. Belə kommunikasiya bugün 100minlik büdcələrdən daha inandırıcı və təsirediricidir. Siczə bunun səbəbi nədir?

Əlbəttə mən bilirəm ki, bizim bloqun oxucularının bir çoxu WalMart haqqında kifayət qədər informasiyaya sahibdir. Azdan-çoxdan məndə bilirəm, amma bu yazıda mən Sizə dünyanın ən böyük pərakəndə şəbəkələrindən olan WalMart-ın daha kiçik dövrləri barədə, daha doğrusu sektor lideri olmadığı vaxtlar barədə məlumat vermək istəyirəm. Söz verirəm, şirkətin əsas uğur səbəblərini daha aydın görəcəksiniz.

8 mart ərəfəsində bir çox brendlər dünyanın ən vacib varlıqları olan, xanımlara yönəli kampaniyalar həyata keçirirdi. Bu kampaniyaların bir çoxu son dərəcə uğurlu, bəziləri az uğurlu, digərləri isə ümumiyyətlə lazımsız edi… AMMA bu ərəfədə bir kampaniya, bir brend var edi – brend xanımlara yönəli mükəmməl bir aksiya ortaya qoymuşdu. Bu şirkət Azgranata, daha dəgig desək More+ və Vita1000 kimi tanınmış brendlər edilər. Yazıda, bu kampaniya nəticəsində özüm üçün çıxardağım nəticələr və öyrəndiklərimi Sizlərlə paylaşmaq istəyirəm.

Özünə hörmət edən, istənilən marketə girin və Siz mütləq yaşıl qutuda Heiniken pivəsi görəcəksiniz. Sektorda ən yüksək səviyyəli distribyusiyaya malik olan brend əslində dünyada vahid brendinq strateqiyasını uğurlu yerinə yetirən əfsanəvi şirkətlərin siyahısındadır. Bu yazıda biz Sizinlə Heiniken brendinin tarixi və marketinq strateqiyası barədə danışmaq istəyirik.

1863-cü ildə Qerard Heiniken tərəfindən qurulan pivə istehsalı, bugün sektorda imperiya olmaqla yanaşı, demək olar ki, ailə biznesi olaraq qalan yeganə transmilli şirkətdir. Şirkətin 51% səhmləri Heineken ailəsinə məxsusdur. Bəlkədə elə bu səbəbdən Heineken brendi yarandığı gündən apardığı strateqiyanı dəyişmir?!

Close