Category Archives İnternet marketinq

Bugünlərdə hamılıqla 4-cü hakimiyyətin hansı istiqamətdə inkişaf etdiyini görürük. Mətbuat öz hakimiyyətini saxlayır, hətta nəyin ki saxlayır inkişaf etdirir. Amma bu bizim başa düşdüyümüz mətbuat kimi deyil, artıq yeni medya adlandırılan sosial şəbəkələrin əlindədir. Mən bugün Sizinlə dünyada əsl hakimiyyətə çevrilən Twitter barədə yazacam.

Bu yazı ilə bloqda 300-cü yazımı Sizinlə, dəyərli oxucularımızla paylaşıram. Bloq yazmaq mənə çox faydalı oldu. İstər maddi, istər mənəvi cəhətdən. Sizə səmimi deyim bugün bu bloq mənim üçün çox dəyərlidir. Mən bloqumuz haqqında Statistikalara keçməzdən əvvəl bloqun faydaları barədə söhbət etmək istəyirəm, Siz – bizim adamsız, ona görə sirləri açıram. Bloqun əsas faydası mənim üçün nədir?

Vacib qeyd: Burada mən Facebook yalnız cib telefonumdan silməkdən danışıram, PC facebook istifadə edəcəm.

Məni yaxından tanıyanlar bilir ki, mənimlə mağazaya getmək faciyədir. Hələ-hələ bu kitab mağazası oldusa, deməli o adamın halına yanmağa deyər. Mağazada nesə almaqdan başqa demək olar ki, hər şey (çox şey deyək) edirəm. Bugündə Moskvada Polyankada yerləşən kitab mağazasına dostumuz Ramillə getmişdim.

Beləliklə son bir həftədə bağlı olan bloqumuz bugündən etibarən tam aktiv və əvvəl ki, funksiyalardan daha yaxşı formada hazırdır. Artıq biz bloqumuzu WordPress son yenilənmiş versiyasından yazırıq. Bununla dəyərli oxucularımız bloqda olan sürətin artdığını hiss edəcəklər.

Bugünlərdə Moskvada Top of Marketing konfransında iştirak edirdim. Mən burada ardıcıl olaraq iştirak edirəm, bu il 5-ci ilim edi! Hər dəfədə buradan çox şey öyrənirəm (öyrənməyə çalışıram). İnanıram bu dəfədə belə olacaq. Amma mən indi Sizinlə bir-az başqa mövzuda danışmaq istəyirəm. Dünyada baş verən yeniliklərdən xəbərimiz varmı? Bu dünya hara gedir?

Düşünün ki, əlinizdə i-phone (bu arada hamıya tövsiyyə edirəm) safari-ə girib bir həftədən sonra həyatınızda nə olacağını axtarırsınız… Təxminən belə, axtarış yerinə yazırsız… “Məmməd Məmmədov (guya Sizsiz) 10 gün sonra” axtarış düyməsini basdız… və nəticələr Google Sizə çıxdı. Ağlınız nə kəsir, bu mümkündür?!

Bu günlərdə dost bloqlarda son dərəcə maraqlı yazılar çıxır. Bütün bloqları izləməyə bilməyən oxucularımız üçün mən tövsiyyə edə biləcəyim 4 yazını göstərmək istəyirəm. Hesab edirəm ki, hər dörd yazı əsl bloq yazısıdır və oxuduqca oxumaq istəyəcəksiniz.

Dostların bildiyi kimi mən aprel ayının 14-ə qədər Bakıda olmayacam. Buna baxmayaraq urəyimiz daim vətəndədir... (əslində Azərbaycan dünyanın ən gözəl ölkəsidir və belə olması təbiidir). Bugünlərdə isə Bakıda çox yaxşı bir internet müsabiqə keçirilir. Yaxın dostlarınn təkidi ilə Netty milli bloq müsabiqəsində iştirak edirik. Bloqumuz şəxsi səhfə olaraq müsabiqədə iştirak edir. İştirakımın əsas məqsədi gənc bloqçularımızında bu müsabiqədə iştirakını təşviq…

Mən bloq oxucularına bir neçə dəfə son dərəcə maraqlı bir layihə hazırladığımız barədə məlumat vermişdim. Sizə səmimi deyim 2013... məndə o qədər iş çoxluğu var (hərdən vaxtın idarəedilməsinə dair treninq axtarıram - zarafat edirəm aaa)amma bu iş çoxluğuna paralel olaraq işləmə həvəsi ilə başlayıb ki, bu ildən çox şey gözləyirəm. Lakin bu il tək mənim deyil Azərbaycan Marketinq İcmasının ən…

Close