Category Archives İnternet marketinq

Bügün Azərbaycanda ən dinamik inkişaf edən sektorlardan biridə pərakəndə sektorudur. Bununla belə bizim mağazaçılar inkişaf etmiş ölkələrdə olan pərakəndəçilik metodlarından istifadə etmirlər, bir növ inkişaf yalnız, kəmiyyət göstəriciləri ilə gedir. Yeni mağazalar açılır, mövcüd mağazalar genişlənir və s. 

Çox zaman dostlarla Facebook-a lüks brendlərin kommunikasiyası barədə söhbət edirik (Facebook fəsədları barədə buradan oxuyun). Mən hesab edirəm ki, lüks brendlər (premium brendlər) mütləq facebook-a olmalıdır. Bunun ən sadə və göstərişli nümunəsi isə Ferrari brendinin facebook səhfəsidir. Fikirlərimi izah etməyə çalışım.

Biznesin gələcəyi internetdə, internetin gələcəyi isə mobillikdədir!

Dünyada internetin inkişaf templərinə fikir verdiyimiz zaman biz görürük ki, artımın 70% məhz mobil internetin hesabına həyata keçir. Bügün Azərbaycandada biz bu tendensiyanı qisməndə olsa hiss edirik. Təbii ki, mobil internetin inkişafını saxlayan birinci faktor mobil operatorlarımızın apardığı “dəhşətli” qiymət siyasətidir. Azərbaycanda mobil rabitə qiymətləri çox bahadır və operatorlar “yuxarıda” görüşərək əslində vahid qiymət siyasəti aparırlar.

Bu yaxında oxuduğum sonuncu bir yazı məni heççç təəcübləndirmədi (lakin valeh etdi). Dünyada ən dinamik inkişaf edən informasiya ötürücüsü barədə Sizinlə söhbət etmişdik və dedik ki, QR kod gələcək kommunikasiyaların əsasını təşkil edəcək. Vodofone metroda kitabxana kimi QR koddan istifadəsi bunun bariz nümunəsdir.

Close