Category Archives Maraqlı

Əziz oxucu, əgər cəmiyyətdə gedən proseslərin biznesə təsirinə inanırsınızsa və bu prosesləri düzgün proqnozlaşdıraraq uğur qazanmaq istəyirsinizsə aşağıda yazılanlar Sizin üçün faydalı olacaq. Beləliklə bügündən bizi sabaha aparan 10 istiqamət barədə danışaq.

Son günlər başımız Azərbaycanda ilk dəfə etməyi düşündüyümüz və əminəm ki, dinləyiciləri üçün faydalı olacaq Marketinq Treninqlərinə hazırlıqlara qarışıb və bloqa çox vaxt ayıra bilmirəm, amma bu yazı oxucularımıza maraqlı olacaq deyə dərc etməyə özümə borc bilərəm.

Çoxlarınız bilirsiz ki, mən Yevlaxda anadan olmuşam. Son vaxtlar Yevlaxa gedənlər varsa bu 4 ildə necə dəyişdiyini görmüş olarlar. Bu həftə sonu mən Bayramlarla əlaqəli yenedə Yevlaxda edim. Şəhərdə aparılan abadlaşma prosesi göz oxşayır. Təbii ki, tikinti olan yerdə mütləq inkişafda olur. Bəs Sizcə Yevlaxın prizmasında bölgələrin tam inkişafı üçün nə lazımdır?!

Dostlar ayların şahı olan Ramazanı yaşamaq, Oruc tutmaq, paklaşmaq gözəldir. Mənə elə gəlir ki, bu ayın xüsusi təsiri, xüsusi bərəkəri var. Nə edirsənsə alınır, nə xoş şey düşünürsənsə çox asanlıqla həyata keçirir və ən əsası bu bizə insanlığı oyrədir! Mən bu ayın marketinqi, Azərbaycanda isyehlakçı bazarına, sektorlara təsirindən danışmaq istəmirəm. Bu ayrı günün mövzusu olsun... Oruc tutan və orucun qədrini…

Azərbaycanda biznes icması üçün son dərəcə aktual və perspektivli internet sayt dedikdə ilk ağla gələn təbii olaraq biznesinfo.az olur. Məndə bu saytda hərdən marketinq haqqında fikirlərimi bölüşürəm, burada marketinq rubrikanı mən aparıram. Bu yaxında saytda mənim çalışdığım şirkətin liderliyinin səbəblərini soruşdular. Mənim müsahibəmlə buradan tanış ola bilərsiniz. Bu dediklərimdən başqa hesab edirəm ki, sektorda lider şirkətlərin biznes hədəflərdən başqa mütləq 2 vacib istiqamət…

Məncə hər biriniz Olimpiyadaya baxırsız. Sözün açığı son günlərdə işlərimin çox olmasına görə televizora çox az baxıram, lakin təbii olaraq komandamızın Olimpiyadada mənfi çıxış etdiyi bilirəm və təbii olaraq məni məyüs edir. Bugün Olimpiyadanın qalibləri siyahısını baxdıqda bir statistika diqqətimi çəkdi: müsəlman aləmi bu Olimpiyadada batır!!! Vəziyyət həqiqətən açınaçaqlıdır. İrandan başqa müsəlmanların arasında qızıl medal yoxdur. Mən post-sovet ölkələrini bu…

Bu yay işlərimin çox olması və iyul-iyul aylarında Azərbaycanda olmadığıma görə məzuniyyətə çıxmamaq gərarına gəlmişəm. Bu baxımdan həftə sonları aktiv olaraq yerli turistik yerlərə gedirəm. Artıq ikinci həftə sonudur ki, Aquapark-a oluruq, sözün açığı bu qədər yaxşı xidmət heç gözləmirdim. Bügün əminliklə deyə bilərəm ki, Bakıda ən münasib qiymətlə və keyfiyyətli ailəvi istirahət yeri məhz buradır. İnfrastruktur çox yaxşıdır, personal pis deyil (müqayisəli olaraq) və qiymətlər başa düşüləndir (bütün bu deyilənlər Azərbaycan daxilində müqayisəli yazılır) . Lakin buna baxmayaraq biz hələdə bu istiqamətdə xarici rəqabətdə ciddi geriyə qalırıq. Bəs Sizcə Azərbaycanda turizm biznesində hansı sahə beynalxalq rəqabətqabliyyətli ola bilər?!

Mən lap uşaq vaxtından səyahətlərdə çox olmuşam. Balaca olduğum vaxtlar valideynlərimlə çoxlu səyahətlərdə, orta və ali məktəbdə oxuduğum vaxtlar şahmatla aktiv məşğul olduğum üçün demək olar ki, Avropanın yarısında olmuşdum. Təbii ki, bu məndə bir növ xarici səfərlərə, dostlardan, ailədən, yaxınlardan kənar qalmağı “öyrətmişdir”. Heç yadımdan çıxmaz… mən 10-cu sinifdə orta məktəbə cəmi – toplan 62 gün getmişdim (yəgin ona görə hələdə səlist yazmağı bilmirəm)! Əlbətdə dediklərim evdə kənarda qalmaq alışqanlığı yaratsada, paralel məndə dünyanın ən gözəl yerinin məhz ev olmasınıda başa saldı.

Bu aylarda Azərbaycana xaricdə daha “diqqətlə” baxmağa imkanım olur. Artıq bir aydır Avropodayam və artıq bir aydır ölkəmizin kənardan necə göründüyünün şahidi oluram. Bu bir ay ərzində əmin olduğum bir şey var: “Azərbaycan sevilməyə layiq ölkədir!” Tək ona görə yox ki, mən millətçiyəm və tək ona görə yox ki, Azərbaycan mənim vətənimdir – xeyr! Bu ölkə həqiqətəndə seviləsi ölkədir, bilirsiz niyə?

Close