Category Archives Maraqlı

Dostlar çox çək-çevirdən sonra bizə yeni korporativ nömrə verdilər. Class, yəni Bakcell)). Məni tanıyanlar yəgin bilir ki, mən bu son bir ayda artıq 3-cü dəfədir nömrəmi deyişirəm. Əvvələ Azercell, sonra Nar Mobile (Vodofone) indisə isə Bakcelə keçirəm... Bütün bunlar azmış kimi, 3 gün bundan əvvəl mən telefon kitabçamdakı bütün nömrələti mobil telefonumda korporativ e-mail yaratdığım zaman poza bilmişəm... təxminən 700…

BU yaxında keçirdiyimiz seminardan olan görüntüləri Sizlərə çatdırıram. Belə ürək açan və savadlı gənclərlə bir auditoriuyada olmaq həqiqətəndə xoşdur, onların qarşısında çıxış etmək üçün çox məsuliyyətlidir. Ən vacibidə odur ki, seminarda iştirakçıların böyük əksəriyyəti tələbə edi!

Azərbaycanlı olmaq nə gözəldir!

Keçən il Azərbaycanımız Evrovizionda qalib olanda mən Dusseldorfdan Stutgarta gedirdim. Elektrik qatarında alman konduktor biletləri yoxlayırdı və birdən-birə mənim millətimin Azərbaycanlı olduğunu bilib… “Ooo, Aserbaidschan – Gratulieren dir, zur Evrovizion” dedi… mən o anda çox sevindim və hiss etdim bu Evrovizion bizim ölkəyə üçün nə qədər vacibdir! Təsadüfən bügündə mən yenə xarici ölkədəyəm və yenedə hər yerdə Azərbaycanımızın necə müsbət mənada xatırlatdıqlarının şahidi oluram. Bakının MDB ölkələrinin ən inkişaf etmiş şəhəri olduğu, Azərbaycanda olan qeyri-adi təşkilatı məsələlərdə xarici vətəndaşların necə ağız dolusu danışmalarını hiss etmək bilirsiz necə xoşdur?!

Bügün şirkətimizin xarici əməkdaşlarının adaptasiya proqramı idi. Məndə işçilərimizə marketinq strateqiyası və brendlərimiz barədə məlumat verirdim. Ümumi izahatdan sonra təxminən 3 əsas tezisdən ibarət muasir marketinq haqda bir qısa təqdimat etdim. Bu haqda Sizlərlədə bölüşmək istəyirəm.

May ayının 13-ə İB Clubun təşkilatı ilə görüş keçiriləcək. Mən bu görüşdə iş fəaliyyətimdə mənə kömək edən 10 vacib prinsip barədə söhbət açacam. Daha konkret desək

Amsterdandan sonra, mən bloqda səmimi olaraq başıma gələn daha bir gülməli hadisəni danışacam. Bu əhvalat təxminən 2 il bundan əvvəl olsada bügünə kimi hər dəfə təyyarədə gedəndə yadıma düşür… Bir dəfə Permdə (Rusiya) ezamiyyətdə edim. Ezamiyyə günlərim 1 gecə və 2 gün edi. İşim və görüşlərim vardı və ezamiyyətim çox intensiv olmalı edi. Permdən Moskvaya qayıtmalı edim.

Sabah Azərbaycan Dövlət İqtiasad Universitetinde gənclər üçün seminar keçirəcəm. Seminarın təşkilatçıları İB Club gənclər cəmiyyətidir. Seminarın adını: "Uğurlu Marketinq karyerasının sirləridir". Gənclər qarşısında çıxış etmək her zaman çox maraqlıdır. Mən seminarda aşağıdakı mövzulara toxunacam: Marketinq nədir? Brendinq Marketinqin əsas hissəsidir Muasir Marketinq Kommunikasiyaları Marketoloq olmaq üçün nə lazımdır Mənim karyeramın sirləri Və əlbətdəki marketinq seminarı olduğu üçün bonus olaraq xüsusi…

Lap uşaqlıqdan mart ayı ilə əlaqəli xatirələrim var. İnsan həyatında steoritiplərin mahiyyətinə çox inanıram və mart ayı bunun, mənim üçün bariz nümünəsidir. Mənim məktəb illərində mart ayı ən həyacanlı və stresli aylardan biri edi. Mart ayında şahmat üzrə Azərbaycan çempionatı keçirilirdi və bu çempionatın nəticələri mənim il ərzində gedəcəyim yarışların xarakterini təyin edirdi. Bu ayın stresi məndə hələdə qalıb və ad günümün bu aya təsadüf etməsi, 8 mart və Novruz kimi Bayramların bu ayda olması belə stresimi heç cürə azaltmır. Bilirsiz, məhz bu mart ayının stresləri mənim bügün ki xarakterinin formalaşmasında ciddi rol oynamışdır. Mən hesab edirəm ki, istənilən menecerin malik olduğu əsas xasiyyətlərdən biridə “idman xarakteridir” bu xarakter mənə işimdə çox kömək edir. İdman xarakteri dedikdə mən nə başa düşürəm?!

Son vaxtlar TV-ə bir neçə dəfə Marketinq və Bizneslə bağlı müsahibələr verirəm və əmin olduğum bir məsələ var: Azərbaycanda insanlar hələdə marketinq haqqında informasiyaları son dərəcə aşağadır. Hələdə bizdə biznes - alver sözü ilə eyni qarşılanır və hələdə sahibkarlara hörmət istənilən səviyyədə deyil. Sonuncu dəfə Xəzər TV-ə verdiyim müsahibəni Sizlərə göstərirəm. Hazırlıqsız olduğum üçün bağışlayın. Maraqlı yazı: Marketinq Departamenti və…

Close