Category Archives Maraqlı

Marketinq təhlillləri şirkətin inkişafı üçün ən vacib məsələlərdəndir. Belə təhlillər olmadan şirkətlər inkişaf istiqamətlərini səhv təyin edirlər. Təcrübəmdə tətbiq etdiyim əsas təhlillər barədə bloqda silsilə yazılara başlayıram. Birinci yazıda məhsul portfelinindəki vəziyyəti müəyyənləşdirmək üçün istifadə edilən təhlillər barədə danışacam.

Bugün Xəzər TV-də Aktual Xəbər verilişinə məni qonaq olaraq dəvət etmişdilər. Mövzu Azərbaycanda marketinqin vəziyyəti edi və söhbətimiz Marketinq Direktoru vəzifəsi haqda oldu. Nədir bu vəzifə, hansı xarakterləri özündə birləşdirməlidir və s. kimi suallar verildi. Mövzu çox uzundur və hal-hazırda ezamiyyədə olduğum üçün bu haqda düşüncələrimi Sizlərə qısaca tezislər kimi çatdıracam.

Alman İqtisadiyyatının inkişaf templəri bügün Avropa ittifaqı ölkələri ilə müqayisədə (27 ölkə) iki dəfədən çoxdur. 2009-cu ildə bütün Avropanı bürüyən böhrandan Alman iqtisadiyyatı 3% artım ilə çıxdı. Maraqlı məqəm burasındadır ki, məhz böhrandan sonra bu ölkə öz iqtisadi gücünü dahada artırmağa başlamışdır. Bəs nədir bu iqtisadi əfsanənin sirri?! Bu yazıda mən Alman İqtisadiyyatı barədə danışacam.

Marketinqin biznesdə rolu hal-hazırda Azərbaycan şirkətlərində ən aktual müzakirə mövzularından biridir. Kimləri marketinq strukturunu kommunikasiyaları idarəedən struktur kimi, digərləri məhsul strateqiyasına cavabdeh olan struktur kimi, bəziləri ümumiyyətlə 4P prinsipi ilə işləməli olduğunu düşünür. Mən hesab edirəm ki, Marketinq departamenti ilə nəzəri Marketinq arasında bir fərq var. Bu yazıda mövzumuz praktik marketinqlə, nəzəri marketinqin fərqləri olacaq.

Hərdən toplantılarda çox parlaq ideyaları, zəif təqdimatlarla necə məhv edildiyini görürük.  Marketinq və satış sahəsində işləyən insanların çox saylı vacib xüsusiyyətlərindən biridə təqdimat etmək qabiliyyətidir. Hətta Güvən Borçanın sözünə güvvət olaraq hesab edirəm ki, təqdimat qabiliyyəti olmayan adam satış və marketinq sahəsində işləyə bilməz. Bu yazıda mən uğurlu təqdimat etməyin 7 addımını Sizlərlə bölüşəcəm.

            Bu yaxınlarda Google şirkətinin Moskvadakı ofisində internet marketinqə həsr edilmiş bir seminarda iştirak edirdim. Seminarın sonunda əfsanəvi Google ofisində gəzintiyə dəvət etdilər bizi, razılaşdıq və… sözün həqiqi mənasında nağıl dünyasına düşdüm. Mən bu yazıda Sizə gəzintidən gördüklərim və gəldiyim nəticələr barədə söhbət açacam.

Bu günlərdə təsadüfən internetdə gezdiyim zaman Embawood haqda yazılan bir yazını oxudum və həqiqətəndə Marketinq Direktoru olaraq çalışdığım şirkət haqda yazmağa gərara gəldim. Təvəzükarlıqdan kənar olsa, Emba haqda yazmamaq, olmaz gərarına gəldim. İnanın mən EMBAWOOD Azərbaycanda həqiqətənda əfsanə yaratmış şirkətlərdəndir. Bunun üçün mən Sizə bir neçə statistika verib yazının əsas hissəsinə keçəcəm. Bügün bu şirkət Azərbaycanda bir dənədə olsa ağac kəsməyərək, Azərbaycan mebelini dünyanın 10-an çox ölkəsinə ixrac edir. Postsovet ölkələrində olmayan istehsal texnologiyası məhz Embawood olması ilə yanaşı, şirkət kadr hazırlığını böyük investisiya qoyur. Bəs nədir Embawood sirri?

Təbii ki, hər bir insan heç olmasa həyatda bir dəfə öz biznesini açmaq haqda düşünür və əlbətdəki bunlardan yalnız bir qismi realda bunu edir. Forbes jurnalının dəstəyi ilə aparılan son araşdırmalara görə yer üzərində işləmə qabiliyyəti olan əhalinin 94% öz biznesinin açılması barədə düşünsədə, realda onların yalnız 6% bu işi həyata keçirir. Maraqlı məqam burasındadır ki, yeni açılan bizneslərin cəmi 15% rentabelli olur və 5 ildən çox fəaliyyət göstərir. Bəs nədir uğurlu biznesin sirri?!

Close