Category Archives Maraqlı

Əziz oxucu, ölkəmizin ən böyük marketinq tədbiri olan Milli Marketinq Forumuna cəmi-cümlətəni bir gün qalır. Sabah – 27,28 may, Azərbaycanımızda artıq dördüncü dəfə (!) keçiriləcək Marketinq Forumu start verəcək və bu yazıda, Sizinlə möhtəşəm tədbirə 1 gün qalmış ümumi vəziyyəti, insanların, dostlarımızın əhvalını tarixi salmaq istəyirəm. Gələcəkdə məhz bügün olan bloqu oxumaq istəyənlər oxusun. Beləliklə… Foruma 1 gün qalmış nələr baş verdiyini bilmək istəyirsiniz!?)

Əziz oxucu, çox sevinərək, bir daha nəzərinizə çatdırıram ki, bizim… Sizinlə birlikdə hazırladığımız 360 dərəcədə brendinq kitabı sözün həqiqi mənasında satış rekordları qırır. Bu superdir. Bu o deməkdir ki, bizi oxuyurlar, bu o deməkdir bizi dinləyirlər, bu o deməkdir biz – Sizinlə düz yoldayıq. Çox vaxtınızı almadan Sizlərə video olaraq 360 dərəcədə brendinq kitabının uğurları barədə videonu təqdim edirik. Niyə 360 dərəcədə brendinq uğurludur?

27-28 may, Azərbaycanda ən böyük Marketinq Tədbiri olan Milli Marketinq Forumu IV – keçirilir. Artıq dördüncü il, biz tədbirin formatını dəyişmədən Cinema Plus – 28Mallda edirik. Hər biriniz dəvətlisiniz. Biletləri kinoteatr kassalarında almaqla yanaşı, rahatlıqla öz ofisinizə sifariş verə bilərsiniz. 2016-cı ildə olan forumun konsepsiyası son dərəcə maraqlıdır – Böhrandan Yeni Dövrana. Daha doğrusu Milli Marketinq Forumunun əsas mövzusu böhrandan çıxma yollarıdır. Yəni…

Dostlarında bildiyi kimi, biz artıq 6-cı ildir, Almaniyanın aparıcı mebel brendlərini Azərbaycanda bir arada təklif edirik. German Studio Mətbəx üçün bütün mebel dəstlərini, aparıcı mətbəx mebeli brendlərini bir arada təklif edən yeganə şirkətdir.  Əgər keçən illərdə biz German Studio-nı yalnız sosial şəbəkələrdə və özəl yerlərdə reklam edirdiksə bu ildə brendimizi daha geniş kütləyə nümayiş etdirmək istəyirik. Bu məqsədlə Xəzər TV-də mətbəx verilişi olan “Nuş olsuna” sponsor olaraq qatıldıq.

Bugün YouTube “gəzirdim” və özümdən asılı olmadan, öz adımı axtarışa verdim. Son dərəcə maraqlı və düşündürücü olan 1-2 video qarşıma çıxdı. Bu videolar məni nostalji hisslər yaşatmaqla yanaşı həmin zamanlara qaytarı. Sizdə baxın, əminəm maraqlı olacaq.

Bügün mənim 33 yaşım tamam olur. Sizdən nə gizlədim, o vaxtlar yarı-kasıbçılıq, yarı diqqətsizlikdən ad günü tarixlərim zaman-zaman dəyişib. Məsələn, passportda 24 mart, versiyaya görə 18 mart, qeyd edilmə tarixinə görə 21 mart olsada, ad gününüm dəqiq tarixini bilmirəm (bilirəm eee, mənasını bilmirəm). Əziz oxucu, ad günün nə vaxt olması və ya niyə olmasının heç bir əhəmiyyəti yoxdur. Vacib olan bilirsiz nədir?!

Sabah Marketinq AİR 8 çərçivəsində ilk dəfə olaraq AİRçi dostlarımızla görüşümüz olacaq. Sizlərində bildiyi kimi AİR-də bizim hər üçümüz: Anar, Rafiq müəllimlər və mən tədris prosesini həyata keçiririk – paylaşırıq. Bu dəfə AİRçilərlə mənim görüşüm nisbətən daha gec oldu, (başımızın çox qarışıq olduğundan) – amma necə dəyərlər gec olar, güc olar. Niyə biz hesab edirik ki, AİR-də bizim sabah kı, görüşümüz GÜC olacaq?

Bügün yolda gedə-gedə bir məsələ barədə fikirlərimi tam qətiləşdirdim. Sevgi dünyada olan ən böyük motivasiya elementidir. Sevgi, sevgi və bir daha sevgi. Başqa heç bir hiss, başqa heç bir dəyər insanı bu qədər motivasiya edə bilməz. Nəsə etmək istəyirsinizsə, ilk əvvəl sevin! Böyük uğurlar yalnız sevgidən sonra başlaya bilər. Bilirsiz niyə, sevmək vacibdir?!

Ali məktəbdə işləmək, böyük vaxt və enerji itkisidir desək heç yanılmarıq. Buna baxmayaraq artıq üçüncü ildir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramı üzrə dərslərində mühazirələr deyirəm. Əlbəttə, bunu özüm üçün bir borc kimi hesab edirəm. Bizim həyatdan qazandıqlarımızın hər birinin təməlində marketinq bilikləri durur və əlbəttə, mən İlkin Manafov olaraq ölkədə marketinqin inkişafı üçün çalışmağa borcluyam. Borcluyam demişkən istəyirəm bu yazıda İqtisad Universitetində dərs demə səbəblərimi Sizlərə açıqlayım.

Əminəm ki, Sizlərdə gün ərzində minimum 3-5 dəfə “görəsən filan şey filan deyil və ya görəsən filan şey filan cür olmalı deyil… ” tərzində sözlərdən istifadə edirsiniz. Bu yazıda əslində hərəsi böyük bir bloq post ola biləcək bəzi gördüklərim barədə “görəsən” məntiqi ilə fikirlərimi paylaşmaq istəyirəm. Maraqlıdır, mütləq oxuyun!)

Bügünlərdə köhnə dostum Sərxanla yarı-iş, yarı-istirahət xarakterli Avropaya səfərimiz oldu. Səfərin 2 gününü Alp Dağlarının İsveçrədə olan istiqamətində keçirdik. Daha əvvəldə bir neçə dəfə İsveçrədə olsamda bu dəfə ölkənin turizm potensialı və ümumi gördüklərim məni daha çox düşündürdü. İstəyirəm Sizlərə İsveçdə gördüklərimdən çıxardığım iki vacib nəticəni bölüşüm. Hesab edirəm ki, bu nəticələr Azərbaycanımızın bügün olan iqtisadi vəziyyəti üçün vacibdir.

Close