Category Archives Maraqlı

Son zamanlar çox maraqlı bir tendensiyanı hiss edirəm – ətrafdakılara və məni çox yaxın tanımayan adamlara elə gəlir ki, guya İlkin Manafov – blogerdir. Əzizlərim… Sizin qarşınızda yazıb, acızanə şəkildə etiraf edirəm – MƏN bloqer deyiləm, sadəcə və sadəcə gündəlik başıma gələn hadisələri Sizlərlə paylaşıram. Bloger bu işə professional yanaşan adamlara deyilir, bloger professiyadır və s. Düzdür, çox sevindirici haldır ki, bizim bloq ana dilimizdə ən çox oxunan biznes bloqdur (müstəqil araşdırmalara görə), bizim bloqda olan kontent miqdarı biznesdən yazan bütün bloqerlərin cəminin yazısından ən azı iki dəfə çoxdur (bügün bloqumuzda 800-ə qədər bloq-post var) AMMA mən bloger deyiləm (!) Bilirsiz blogerlə mənim fərqim nədir?!)

09 yanvar, həftənin 6-cı günü, saat 18:00-da bütün marketoloqları, biznes adamları və ya ürəkləri bizimlə döyünənləri Sapphire Restoranında keçiriləcək möhtəşəm biznes-party dəvət edirəm. Söz verirəm, hər şey super olacaq. Sən mütləq bu tədbirdə iştirak etməlisən. Bilirsən niyə?

Əziz oxucu, Sizi təbrik edirəm!!! Axır ki, axııır ki, ölkəmiz müstəqillik qazandığı gündən indiyədək, Azərbaycandada super bir film ortaya qoyuldu. Film o qədər gözəl edi ki, düz 2 gün! Bəli-bəli iki gün dalbadal 28 Cinemada (CinemaPlus-da) eyni kinoya – Oğlan Evi filminə getmişəm. Mütləq baxın, söz verirəm, çox xoşunaza gələcək!) Bilirsiz niyə?

Bu ildən başlayaraq biz ilin ən tənbəl şirkətləri barədə yazmaq istəyirik. Bunun əsas səbəbi kimi, bəlkə bu “yatmış gözəlləri” yuxudan Oyatmaq istəyi durur. Bəlkə bizim bloq bu şirkətləri ayıldar. Biz istəmirik ki, Azərbaycan şirkətləri yatsın, axı böhranda yatmaq ölümə bərabət olur. Beləliklə, 2015-ci ilin ən tənbəl şirkətləri hansılardır?!

Əziz oxucu, bugün Azərbaycan Dövlət İqtisad Universitetinin Elmləri doktoru proqramı üzrə tədqiqata qəbul edildim. “Loru” dildə desək mən “professor” olmaq üçün şans qazandım. Niyə mən, bizneslə məşğul olan biri olaraq akademik karyeraya belə əhəmiyyət vermək istəyirəm. Niyə mən PhD etdikdən sonra, İqtisad Elmləri Dokturu olmaq istəyirəm? Məni tanıyanlar bilir ki, akademik karyera barədə düşüncələrin “yümşaq desək” yaxşı deyil, bəs niyə biz bu addımı atdıq? Maraqlıdırsa, yazını oxuyun.

Beləliklə, dekabr hesabat-yekun xarakterli silsilə yazılarımızı davam edirik. Keçən yazımızda biz 2015-ci ilin TOP5 biznes-bloq yazısı barədə yazmışdıq, bu dəfə biz 2015-ci ildə ən aktiv marketinq departementləri barədə yazmaq istəyirik. Beləliklə… 2015-ci ilin gəhramanları kimlərdir?!

Əvvəl olan bloq-postda dediyimiz kimi, dekabr ayı ərzində biz daha çox hesabat xarakterli yazılar dərc edəcəyik. Belə yazılardan birincisini Sizlərə təqdim edirəm. Beləliklə 2015-ci ildə mənim ən çox bəyəndiyim biznes-bloqlar hansılar olub?

2015-ci il haqda çox fikir demək olar… bir-az səbr edin, dekabr ayından tam olaraq ilin yekunları barədə silsilə yazılara başlayırıq. Yalnız yekunlar deyil, həmçinin 2016-cı ilin planları barədədə Sizinlə danışacam – AMMA bu bloqu mən 2015-ci ildə bizim üçün ən yadda qalan hadisələrdən biri olan ana dilimizdə biznesi (marketinqi, brendinqi) əhatə edən 3 kitabın işıq üzü görməsinə həsr etmək istəyirəm. Belə, bəli məhz 2015-ci ildə bizim üçün son dərəcə bərəkətli oldu – biz sözün həqiqi mənasında bestsellər hesab edilən 3 kitabı oxucularımıza hədiyyə etdik. Daha konkret desək…

Bugün yaxın dostlarımızın dəvəti ilə İdeal Parfumeriya və Kosmetika mağazalar şəbəkəsinin təşkil etdiyi press-konfransda iştirak edirdim. Sözü açığı, yaxın dostlarımızın təklifindəndə başqa, İdeal bir yerli brend kimi mənim üçün çox maraqlı edi və buna görə bu brendin sahibini, şirkətin TOP menecmentini yaxından görmək istədim. Sizə səmimi deyim, çox razı qaldım. Mən bu görüşdən sonra Azərbaycanın Parfumeriya sektorunda lider olan şirkətin niyə lider olduğunu aydın şəkildə gördüm. İdeal şirkətinin sahibi İlgar müəllimin verdiyi cavablar bir daha mənə sübut etdiki, real biznesmen mütləq və mütləq müştəri yönümlü olmalıdır. Mən press-konfransda İdeal şirkətinə 3 sual verdim və verilən cavablardan özüm üçün bir nəticə çıxardım. İstəyirəm bloqumuzun dəyərli oxucuları üçün nəticələrimi paylaşım. 

Əziz oxucu, çoxlarınıza məlum olduğu kimi, biz ildə 2 dəfə olmaqla Marketinq istiqəmətində olan biliklərimizi paylaşmaq üçün Marketinq AİR proqramları təşkil edirik. Təbii ki, proqram ödənişli olur və ümumi olaraq özündə 20 dərsi əhatə edir. Sabah, biz Marketinq AİR çərçivəsində “açıq-qapı” günü keçirəcəyik. Sabah əvvəlcədən qeydiyyatdan keçmiz dostlarımız bir dərs Marketinq AİR-də tam ödənişsiz iştirak etmək hüququna malik olacaqlar. Biz sabah Sizinlə – Marketinq Direktoru olmaq üçün… istiqamətində bildiklərimizi paylaşmaq istəyirik. Daha konkret desək…

Əziz dostlar hər bir marketoloqun sahib olması vacib olduğu əsas xüsusiyyətlərdən biridə əlbəttə, müşahidə qabiliyyətidir. Marketoloq güclü analitik qabiliyyətləri malik olmalıdır, istənilən analitika isə əlbəttə, müşahidələrdən başlayır. Əgər vaxtınız varsa, son vaxtlar müşahidə etdiklərim bəzi məsələləri Sizinlə bölüşmək istəyirəm.

Close