Category Archives Pərakəndəçilik

Bugün məsləhət verdiyim şirkətlərin birində təqdimat keçirirdim. Təqdimat öncəsi bir statistika məni “şoka” saldı. Şəhərimizdə açılan yeni parkinqlərə görə avtomobillərin saxlanılmasına icazə verilməyən ərazilərdə olan mağazalarda satışlar düz 50% keçən ilin eyni dövrünə görə aşağı düşmüşdür. Bu bəlkədə xırda görünən statistika əslində ölkədə yeni pərakəndəçilik mədəniyyətinin yaranmasından xəbər verir. Azərbaycanda yeni pərakəndəçi davranışları formalaşır.

Mən əminəm ki, bizim bloqumuzun oxucuları biznesdə insan faktorunun əhəmiyyətini tam qəbul edirlər. Biz bilirik ki, istənilən sahibkarlıq fəaliyyətində ən dəyərli resurs işçilər, komandadır. Sözü gedən məsələ özünün pərakəndə, ticarət sektorunda daha qabarıq şəkildə göstərir. Biz bu yazıda Sizinlə satıcı sahibkar münasibətləri barədə söhbət edəcəyik.

Bugünlərdə şirkətimizdə Türkiyyədən gələn təlimçilərdən birinin keçirdiyi satış təlimlərində iştirak edirdim. Təlim zamanı öz-özlüyündə çox sadə bir həqiqəti kəşf etdim. Əminəm ki, çoxlarınız bu həqiqətlə nəzəri və ya praktik cəhətdən dəfələrlə rastlaşmısınız. Buna baxmayaraq bloqumuzun oxucuları üçün bunu bir daha xatırlatmaq istəyirəm. Beləliklə nə olmasa satış olmaz?

Bugün başıma maraqlı bir hadisə gəlib. Qismən mənə aid mağazaların birində müştəri ilə kiçik bir dioloqum oldu və başa düşdüm ki, satıcının “çox bilmişdiyi” biznesə necə zərbə vura bilər.

Mən hər ay sektorumuzda olan yeni açılmış mağazalara gedirəm. Bir növ yeniliklərlə tanış oluram. Rəqib nə edir, necə edir və s. kimi suallara cavab tapmaqdan daha çox ümumi mağazalarda olan vəziyyət mənim üçün çox maraqlıdır. Ümumiyyətlə pərakəndə sektoru mənim ən sevdiyim sahələrdəndir. Hər dəfə belə vizitlər etdikcə bir şey məni məhus edir. Hərdən mağazalarda olan satıcılar (sektordan asılı olmayaraq) elə sözlər, elə hərəkətlər edirlər ki, adam butün həvəsdən düşür. Mən bu yazıda satıcılar tərəfindən buraxılan bəzi səhvləri Sizin yadınıza salacam.

…Pərakəndə Satışda

Dostlar mən bilirəm ki, bizim bloqun oxucuları bizneslə, intelektual işlərlə məşğul olan, vaxtları qıt adamlardır. Buna görə əgər fikir verirsinizsə mən Sizinlə maksimum qısa və sadə dildə yazmağa çalışıram. Mən istəyirəm ki, yazılarımda “su az, ət çox olsun”, yəni “Az olsun, amma keyfiyyətli olsun” – bu bizim bloqun əsas devizidir. Bu yazıda isə mən Sizə sözü gedən məsələni biznesin vacib sahələrində olan pərakəndə satış nöqtəsinə təsirindən  danışacam.

Bugünlərdə Xəzər TV Aktual xəbər verilişində çəkilişlərdə olduq. Buradan verilişin apacısı və kanalın kollektivinə çox sağ ol deyirəm. Mövzu Azərbaycanda perakəndəçilik barədə edi… Dostlar açıq deyim, öz çıxışımdan qəti xoşum gəlmədi. Mən çox gəliz danışmışam, bilirsiz qəlizklik mənim ən sevmədiyim şeydir. Amma… dediklərim bütün sözlər tam səmimi və doğruluğuna inandığım məsələlər edi.

İKEA mənim ən yaxından izlədiyim brendlərin siyahısında birinci yerdədir. Olduğum hansısa xarici ölkədə bu brend varsa mütləq orda oluram, yeni kataloqları çıxanda mütləq əldə edirəm (2008-ən bu yana çıxan bütün kataloqları məndə var), TV reklamlarını bütün ölkələrdə maraqla gözləyirəm və ən əsası biznes prosesləri daim öyrənməyə çalışıram… dostlar Sizə səmimi deyim… dərin insan zəkasını bu brendin butün dəyər zəncirində hiss etməmək mümkün deyil. Bəs Sizcə bu brend niyə Azərbaycanda yoxdur?!

Bir vaxtlar dünyanın işçi məmnuniyyətinin yuxarı olduğu şirkətlərin siyahısından yazmışdıq. Həqiqətəndə maraqlı edi, o şirkətlər ki, yüksək işçi məmnunluğuna malikdir, bazarda lider mövqeydədirlər. Bu yazıda mən işçilərin zəif işləməsi nəticəsində biznesin rentabelliyini necə aşağı saldığı barədə danışacam.

Bügün Azərbaycanda ən dinamik inkişaf edən sektorlardan biridə pərakəndə sektorudur. Bununla belə bizim mağazaçılar inkişaf etmiş ölkələrdə olan pərakəndəçilik metodlarından istifadə etmirlər, bir növ inkişaf yalnız, kəmiyyət göstəriciləri ilə gedir. Yeni mağazalar açılır, mövcüd mağazalar genişlənir və s. 

Close