Category Archives Pərakəndəçilik

Bügün Bizim Market, Favorit, Səbət, Neptun, Boll Mart və s. kimi çox saylı qida məhsulları satışında ixtisaslaşmış pərakəndəçi şirkətlər mövcuddur. Bu şirkətlərin vəziyyətini təhlil etdikdə aydın şəkildə hiss edilir “kimdə daha ucuzdur” məntiqini şirkətlərimizin əsas biznes devizidir. Əlbətdə Neptun bu istiqamətdə daha çox keyfiyyətə və servisi aksent edirsədə real müştəri gözündə bunun əlavə dəyəri hiss edilmir. Eyni zamanda dünya ərzaq pərakəndəçiliyində olan əsas trendlər bizim şirkətlər tərəfindən izlənilmir bu isə öz növbəsində qiymət mübarizəsini dərinləşdirir. Mən bu yazıda yerli pərakəndəçilərin etmələri vacib olan bəzi məsələlər barədə danışacam.

Bu yaxınlarda dostların biri sosial şəbəkələrdə Media Markt və Saturn arasında olan rəqəbət haqqında soruşmuşdu. Təbii ki, bu iki satış şəbəkəsinin dünyanın pərakəndəçi lideri olan Metro Qrupa aid olduğunu bilirsiz. Buna baxmayaraq həqiqətən bu brendlərin fəaliyyətinə nəzər saldıqda pərakəndəçilik üçün ibrət olacaq məsələlərin çox olduğunu hiss edirsən. Bu iki dahi brendinq nümünəsi barədə Sizlərlə bölüşmək istəyirəm.

Bügün Azərbaycan brendləri barədə söhbət açırıqsa təbii ki, pərakəndə satış şəbəkələridə yada düşür. Mən yazıda Azərbaycanda 3 pərakəndəçi brendin: Romantic, İdeal və Bizim Market timsalında ümumi vəziyyət barədə fikirlərimi Sizlərlə bölüşəcəm.

İstənilən biznesin əsas məqsədi mənfəət əldə etməkdir. Mənfəət əldə etmək üçün müxtəlif alətlər mövcuddur, məsələn xərcləri azaltmaq, qiyməti qaldırmaq, əlavə xidmətlər yaradıb məhsulu bezəmək və s. və ilaxir. Lakin bütün bu addımların başında duran birinci alət satışları artırmaqdır.

Brendinq fəaliyyətinin aparılması zamanı vizuallıq çox önəmlidir. Ümumiyyətlə “Brand” sözü bizim dilimizə hərfi tərcüməsi “damğadır”. Bu damğa – bügün vizaul kommunikasiya və ya məhsulun qablaşdırılması kimi müştəri qarşısına çıxır. Vizuallıq nəticəsində brend çoxsaylı istehlakçı təklifləri arasında fərqlənir və muştəri brendi daha asand seçə bilir. FMCG sektorunda vizuallıq məhsulun qablaşdırılması ilə həll edilirsə, xidmət və böyük ölçülü məhsulların satışında məhsulun brendləşdirilməsi elementi kimi satış nöqtəsi çıxış edir. Sözü gedən məsələ aşağıdakı sektorlar üçün həyatı əhəmiyyətlidir:

Çox zaman mənə “uğurlu mağaza işləməsi üçün hansı səbəblər vacibdir?”, “satış şəbəkəsini genişləndirmək üçün yeni mağazaları necə açmaq olar?” və ya “necə etsək mağaza daha çox mənfəət gətirər?” kimi suallarla müraciyət edirlər. Bügün Azərbaycan şirkətləri üçün mağazalaşma ən vacib inkişaf istiqamətlərindən biridir. İş təcrübəmdə bügünə qədər 150-ən  çox mağaza açılışında bir-başa olaraq iştirak etmişəm və əmin olmuşam ki, açılan bütün uğurlu mağazalarda 3 vacib məsələ mütləq olmalıdır. Yerləşdiyi yerdən (istər Bakıda, istər Gəncədə, istər Kievdə, istər Almatada istərsədə başqa şəhərdə),  satılan məhsullun növündən (geyim, ərzaq, ev ləvazumatlarə, məişət texnikası və s.) asılı olmayaraq – uğurlu mağazanın 3 sirri var. Bunlar nələrdir?

Close